Kiyevdə aksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verib


Ukrayna paytaxtı Kiyevin Müstəqillik meydanında nümayişçilərlə polis arasında qarşıdurma baş verib.

Virtualaz.org “112 Ukrayna” telekanalına istinadən xəbər verir ki, hadisəyə səbəb bir qrup nümayişçinin meydana təkərlər gətirərək yandırması olub.

Hadisə nəticəsində saxlanılanların olduğu bildirilir.

Qeyd edək ki, bu gün Ukraynada 2013-cü ildə “Maydan” hərəkatının başladığı günlə əlaqədar «Şərəf və Azadlıq Günü» qeyd olunur. Polis nümayişdə 400 nəfərin iştirak etdiyini bildirib.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Azərbaycanlı stilist Ermənistanda toyda – Fotolar

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: