24 saat

“KİVDF yaranandan sonra çap mediasının durumu daha da pisləşib”


Mehman Əliyev: “Bu qurum medianın inkiafı üçün iqtisadi zəmin yaratmayıb”

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev 24saat.org-a açıqlamasında KİVDF-nin ünvvanına ciddi ittihamlar səslndirib. M.Əliyevn sözlərinə görə, KİVDF-nin yaradılmasında əsas məqsəd çap mediasının inkişafına iqtisadi zəmin yaratmaq olsa da, adıçəkilən qurum bu missiyanın öhdəsindən gələ bilməyib:
“KİVDF 2009-cu ildə yarandı. Onun əsas vəzifəsi KİV-lərin inkişafı üçün iqtisadi zəmin yaratmaq idi. Elə bir zəmin yaratmaq ki, KİV-lər işləsin, rəqabət yolu ilə inkişaf etsin. Lakin KİVDF bununla məşğul olmadı. Bu qurum KİV-lərə qrant verməklə məşğul oldu. Bununla da KİVDF KİV-ləri daha pis vəziyyətə saldı. Biri var ki, sən işləyirsən, çalışırsan, rəqabət aparırsan və s. Bir də var ki, sənə hər ay vəsait verirlər və həmin pulla yeyib-içirsən, o pulu istədiyin kimi xərcləyirsən və s. KİVDF yaranandan sonra çap mediasının durumu daha da pisləşdi. Onlar daha pis günə düşdü. KİV-lər üçün heç bir şərait yaradılmadı. Halbuki, prezidentin fərmanına əsasən KİVDF çap mediasınıın inkişafı üçün zəmin yaratmalı idi”.

Seymur Əliyev

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: