Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

KİVDF qaliblərə “paket” verdi – vergi qaçaqmalçılığı, yoxsa?..

Məlum olduğu kimi, iyunun 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və “Azərsu” ASC -nin birgə təşkil etdikləri “Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Mükafatlandırma mərasimində qaliblərə diplom və fərmanlarla yanaşı pul mükafatları da təqdim edilib. Lakin əvvəlki müsabiqələrədn fərqli olaraq, KİVDF bu dəfə qaliblərə çatacaq pul mükafatlarını onların bank hesabına köçürməyərək, şəxsən özünə təqdim edib. Hansı ki, Fondun bu addımı birmənalı qarşılanmayıb.
Məsələ bundadır ki, KİVDF elan etdiyi bütün müsabiqələrdə iştirakçılardan bir çox sənədlərlə yanaşı, həm də şəxsi VÖİN-nin surətini, o cümlədən bank hesabını tələb olunur. Lakin hesab rekvizitinin sadəcə surətinin təqdim edilməsi ilə kifayətlənməyən Fond, iştirakçılardan həmin hesabın aktiv olmasını bankda möhür və imza ilə təsdiqlətməyi əlavə şərt kimi irəli sürür. Bütün bunlar müsabiqə iştirakçısı qalib gələcəyi halda pul mükafatının onun hesabına köçürülməsi və vergidən köçürülən pulun məbləğinə uyğun olaraq müəyyən vəsaitin tutulmasını təmin etmək üçündür.
Lakin Fondun “Azərsu”ASC ilə birlikdə elan etdiyi müsabiqədə mükafatçılara pulu zərflərdə təqdim etməsi maraqlı iddialara səbəb olub. Belə ki, KİVDF-nin müsabiqə üçün yuxarıda qeyd edilən sənədləri tələb etməsinə baxmayaraq, sonda pul mükafatlarını jurnalistlərə şəxsən təqdim etməsi bəzi media əməkdaşları tərəfindən vergi qaçaqmalçılığı və gərəksiz bürokratizm kimi dəyərləndirilib.
Bu qəbildən olan jurnalistlər hesab edir ki, əgər Fond pulu jurnalistlərə şəxsən təqdim edirsə, o zaman onlardan əlavə bank sənədləri tələb etməsinin mənası nədir? Yox əgər məqsəd həqiqətən də mükafatlandırma prosesindəki maliyyə şəffaflığını təmin etməkdirsə, o zaman niyə qaliblərə verilən pul mükafatı onların təqdim etdiyi bank hesablarına köçürülmür?
Jurnalistlər hesab edir ki, Fondun fəaliyyətindəki bu və bu kimi qüsurların aradan qaldırılmasına böyük ehtiyac var. Bəzi medai əməkdaşları isə hesab edir ki, Fondun bank rekvizitinin surətini möhürlətmək tələbi ümumiyyətlə lüzumsuz tələbdir. Ən azından ona görə ki, hesab aktiv olmayacağı təqdirdə KİVDF tərəfindən mükafatın qalib gələn jurnalistin hesabına köçürülməsi onsuz da mümkün olmayacaq.
Bu isə o deməkdir ki, qalib jutnalist gec-tez həmin pulu almaq üçün hökmən aktiv hesab nömrəsinə sahib olmağa məcbur olacaq.
24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Kreditlə Həcc ziyarəti günahdır”

%d bloqqer bunu bəyənir: