24 saat

KİV: Ukrayna ilə Rusiya diplomatik əlaqələri kəsə bilər


“Moskva Ukrayna kəşfiyyatının Krımda təxribat cəhdinə cavab olaraq iki ölkə arasında diplomatik münasibətləri pozmaq variantını nəzərdən keçirir”.

Bu barədə “İzvestiya” qəzeti Rusiya xarici siyasət idarəsindən olan mənbəyə istinadən yazıb.

Belə ki, rəsmi Moskva Kiyevdəki səfirliyini bağlaya və bütün diplomatları geri çağıra bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna Müdafiə Nazirliyi kəşfiyyatının Krımda təxribat törətmək cəhdi barədə məlumat yayıb. Cəhdin qarşısı alınarkən iki rusiyalı hərbçinin öldüyü bildirilir.

Xatırladaq ki, Rusiyanın maraqlarını Ukraynada müvəqqəti işlər vəkili Sergey Toropov təmsil edir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: