Loading...
Loading...

KİV: Rövşən Lənkəranskini Türkiyə kürdləri öldürüblər

Azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevə (Lənkəranski) qarşı gerçəkləşdirilmiş sui-qəsdin təfərrüatlarına bələd olan mənbə Rosbalt nəşrinə bildirib ki, o, avqustun 17-ində axşam saatlarında İstanbuldakı hotellərdən birində dəstəsinin mənsubları ilə görüş keçirib.

24saat.org-un Milli.Az-a istinadən xəbərinə görə, bundan sonra Rövşən Lənkəranski hoteldən çıxıb və “Range Rover” markalı avtomobilin arxa oturacağına əyləşib. Lənkəranskinin mühafizəçilərinin olduqları avtomobil isə onlardan arxada olub.

Kriminal avtoritetin olduğu “Range Rover” sürətlə yerindən götürülüb, arxadakı avtomobil bir qədər geri qalıb.

Gözlənilmədən “Range Rover”ə hücum olunub, avtomobil gülləbaran edilib.

Bildirilir ki, atəş açanlar ən azı 3 nəfər olublar və onlar maşına irəlidən, yandan, arxadan atəş açıblar. Sürücü avtomobili saxlayıb, sonra geriyə sürərək, atəşdən yayınıb.

“Rövşən Lənkəranskini qətlə yetirənlər kürdlərdir. Onlar “Ded Xasan”ın güllələnməsinin qisasını almaq istəyirdilər. “Ded Xasan”ın öldürülməsinin təşkilatçısı isə R.Lənkəranski sayılırdı. Türkiyədəki həmin kürdlərə sui-qəsdə görə pulu isə “qanuni oğrular”ın verdikləri aydındır”, – mənbə deyib.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Su Günəş şüalarının köməyi ilə təmizlənəcək

%d bloqqer bunu bəyənir: