KİV: ABŞ hərbi təyyarəsi Rusiya sərhədlərinə yaxınlaşıb


Hərbi təyyarələrin hərəkətini izləyən aviasiya portallarının verdiyi məlumata görə, Amerika Birləşmiş Ştatlarına məxsus RC-135W hərbi təyyarəsi Böyük Britaniya ərazisindəki bazadan havaya qalxaraq, təxminən 2 saat ərzində Rusiyanın Kalininqrad vilayətinin sahil zonasına yaxın ərazidə müşahidə uçuşu aparacaq.

24saat.org Rusiya mətbuatına istinadən xəbər verir ki, sözügedən portalların məlumatına əsasən, CAMUS47 çağırışına cavab verən 62-4131 göyərtə nömrəli RC-135W təyyarəsi Baltik dənizinin cənub hissəsində uçuş həyata keçirir.

Kəşfiyyatçı təyyarə 10 saat ərzində müşahidə uçuşu həyata keçirəcək ki, bunun da 2 saatını bilavasitə Rusiya sərhədlərinə yaxın ərazidə olacaq.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Türkiyədə partlayış

%d bloqqer bunu bəyənir: