Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Kitabı Prezident Kitabxanasında, özü həbsdə

“Rəşadın həbsindən 3 həftə sonra oğlumuz doğuldu. Uşağı məhkəmələrə aparırdım sonra həbsxanaya, daha sonra onları Kürdəxanıda görüşdürdüm. Atasın tanıyır artıq. Əvvəl internetdən göstərirdim ki, bu, sənin atandır, amma indi tanıyır”-Könül İsmayılova deyir.

Bloqçu Rəşad Ramazanov həbs ediləndən sonra evin qayğılarını xanımı Könül İsmayılova  çəkir. 2013-cü ildə yoldaşı çap olunacaq kitabının arxasınca gedəndə həbs olunub. Rəsmi məlumata görə, Rəşad Ramazanovun üzərindən 9 qram heroin aşkarlanıb.

“Özü xatırlayırdı ki, narkotiki maşında cibimə saldılar. “Maşında əllərim bağlı, insanlıqdan çox uzaq davranışla, ayaq altında onlar məni idarəyə apardılar” deyirdi”.

Rəşad Ramazanov Facebook sosial şəbəkəsində fəallığı ilə seçilirdi. O, din, azadlıq və ədalət mövzularında statuslar, məqalələr yazırdı.Məsələn yazırdı ki,

“Bizim hakimiyyətin əbədi olaraq bir şüarı var: “Hər şey İlham və ali-İlham üçün! İlhamdan kənar heç nə! İlhama qarşı heç nə!!!”

“Heç olmasa bir namazda, heç olmasa, bir səcdədə bu rejimin məhv və qəhr olması üçün dua edin! Buna gücü yetən, amma etməyən kəslərin namazı çətin ki, qəbul ola!”

Könül İsmayılova deyir ki, həbsindən sonra yoldaşına işgəncələr verilib: “Həbsindən 10 gün sonra Rəşadla görüşdüm. Rəşadın baş nahiyəsi, üzü,inanın ki, dilinə qədər şişkinliyi var idi. Biləklərində, başının qabaq hissələrində çapıqlar var idi. Çox işgəncələr vermişdilər. Hələ Rəşad elə şeylər danışırdı ki, təhqiramiz şəkildə onu döyüblər”.

Rəşad Ramazanov Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib. Bu ixtisas üzrə magistr dərəcəsi də alıb. Azərbaycan Milli Elmlər Akademiyasının dinşünaslıq üzrə doktorantı olub. 34 yaşlı fəal bir neçə kitabın müəllifidir. Onun kitablarından biri Prezident Kitabxanasında oxuculara təqdim olunur.

“Biz bir dəfə rast gəldik, ”Mühitşünaslıq” kitabı Prezident Kitabxanasında saxlanılırdı. Axtarsanız, indi də tapa bilərsiniz”

Rəşad Ramazanov 9 il azadlıqdan məhrum edilib. O, həbsinin 3-cü ilini tamamlayıb. Fəal  2 saylı cəzaçəkmə müəssisəsində vaxtını şahmat oynamaqla və kitab oxumaqla ötürür. Könül İsmayılova hesab edir ki, yoldaşı hakimiyyəti tənqid etdiyinə görə bu illərini həbsdə keçirir.

“Bu insanlar dindardır, qeyri inanclıdır, Rəşad üçün önəmli o idi ki, insanlar ədalətli olsun. İnsanlar bir-birlərinin haqqına girməsinlər. Bu, onun üçün hər zaman önəmli olub”.

Xanım hesab edir ki, yoldaşının həbsi onun özündən çox ailəsini çarəsizliyə sürüklədi. Rəşad Ramazanovun həbsindən sonra doğulan oğlunun artıq 3 yaşı var. O atası ilə yalnız həbsxana otaqlarında görüşür.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Sədərəkdə şəhid ailəsinin həyətinə hücum olub – Ana və atası zorakılığa məruz qalıb (Foto)

%d bloqqer bunu bəyənir: