Kişinin qızıl külçələr olan çantası oğurlandı – 2 milyon dollar dəyərində

Honkonqda qeyri-adi oğurluq hadisəsi baş verib.

Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, bıçaqla silahlanmış şəxslər şəhərin mərkəzi küçələrindən birində kişinin üzərinə naməlum maye tökərək, içində 20 milyon Honkqonq dolları (2,58 mln. dollar) dəyərində qızıl külçələr olan çantasını oğurlayıblar. Hadisə yerindən qaçan şəxslərin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.
Polis hadisə yerində dəlillər toplasa da, digər təfərrüatlar açıqlanmır.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

ABŞ 1400 terrorçuya təlim keçib

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: