Kiş sakini: “Elə bil kəndə bomba atıblar”

“Kişdə içməli su, qaz problemi hələ də həll olmayıb. İşıqsa tez-tez sönür”.

2 gün yağan davamlı yağışlar Şəkinin Kiş kəndində həyatı əməllicə dondurub.

Dağlıq ərazilərə düşən yağış Kiş çayını daşırıb, kəndlə şəhəri birləşdirən körpü dağılıb. Kəndin mərkəzlə əlaqəsi kəsilib.

Təsərrüfata xeyli zərər dəyib.

Kənd sakini Nadir Əsədov deyir ki, daha çox zərər əkin sahələrinə və kommunikasiyaya dəyib – qaz və su, hələ də, bərpa olunmayıb. Üstəlik çölə çıxmaq da mümkün deyil:

“Hər yer lildir. Kəndə sanki lil seli gəlib. Yollar lildir, bu da hərəkəti çətinləşdirir”.

Sakin deyir, çətinliyi yaradan səbəblərdən biri odur ki, güclü yağış qısa fasilələrlə kəsib və yenə davam edib. Kənd sakini deyir, mərkəzlə əlaqə hələ də tam bərpa olunmayıb:

“Yollar dağılıb, körpü uçub. Elə bil, kəndə bomba atıblar. Hələ də düzəltməyə çalışırlar. Kənddə Fövqəladə Hallar Nazirliyinin, bir də İcra Hakimiyyətinin işçiləri zərərləri qeydə alırlar. Əsas çətinliyimiz sudandır. Yayın günü susuz qalmaq dözülməzdir. Yol da yoxdur ki, gedək hardansa vedrəni dolduraq gələk”. (“Azadlıq” radiosu)

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

Sakinlər telefon istədi, nazirlik “stolba” verdi

%d bloqqer bunu bəyənir: