Loading...
Loading...

Kirayə vergisi artıb?

Vergilər Nazirliyi bir sıra kütləvi informasiya vasitələrində fiziki şəxslərin daşınmaz əmlaklarının kirayəyə verilməsi ilə bağlı əldə etdiyi gəlirlərdən verginin dərəcəsinin 14 faizdən 22 faizədək artırılması və bu sahədə vergi qanunvericiliyinə dəyişikliklər edilməsi məqsədilə Nazirlər Kabinetinə müraciət edildiyinə dair xəbərlərə münasibət bildirib.

Vergilər Nazirliyindən Lent.az-a verilən məlumata görə, qüvvədə olan Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında istifadə edilən daşınan və daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirlərdən 14 faiz dərəcə ilə vergi tutulur: “Nazirlik əmlakın kirayəyə və icarəyə verilməsindən əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi ilə bağlı vergi dərəcələrində hər hansı dəyişikliklərin edilməsi, o cümlədən mövcud dərəcənin 14 faizdən 22 faizə qaldırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etməyib və bu məsələ ümumiyyətlə rəsmi dövlət qurumları ilə müzakirə olunmayıb”.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Azərbaycanda illik inflyasiya 10,4 faiz olub

Loading...
%d bloqqer bunu bəyənir: