Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Kim nə qələti edibsə, ona uyğun da cəzası olmalıdır” – Hərbi ekspert

Mən bir daha dünən Türkiyə SQ-nin həbs edilmiş, dindirmələr və saxlanılan zaman təhqirlərə, fiziki zorakılığa məruz qalan şəxsləri ilə bağlı yazdığım balaca bir şərhimə aydınlıq gətirmək istərdim.

Bir daha təkrar edirəm ki, əsla mən Vətəninə, Xalqına qarşı silah qaldıran şəxsləri müdafiə etmirəm. Bu baş verən ağır hadisələr fonunda Türkiyə Silahlı Qüvvələrini gözdən salmaq üçün fürsət gözləyən bəzi şəxslər də var gücü ilə çalışır və əllərindən gələ biləcək nə pislik, nə yaramazlıqlar var etməkdə davam edirlər. Bir şeyi unutmaq lazım deyil ki, o generallara və polkovniklərə qarşı özünü yekəxana aparan əməliyyatçı sabah əlinə silah alıb həmən prezidenti, Türkiyə dövlətini və xalqını qorumağa nə bacarığı, nə də savadı catmaz. Yenə ümid bu hərbçilərə qalacaq. Bunu başa düşmək lazımdır. Mənim narahatçılığım da odur ki, dünyada adı, sanı olan Türk Əsgərini (ümumiləşdirilmiş kimi nəzərdə tuturam) belə rəzil durumda göstərmək olmaz. Hər şey qayda-qanun ilə olmalıdır. Kim nə qələti edibsə, ona uyğun da cəzası olmalıdır. Daha kameralar qarşısına çıxarıb təhqir və işgəncə vermək bu sabah üçün böyük fəlakətlərə yol açacaq. Kim nə istəyir desin, Türkiyə SQ-nin zəifləməsindən düşmənlər, xüsusən də PKK, Ermənistan və digər qüvvələr yaxın zamanlarda yararlanacaqlar.
Tanrı Türkiyəmizi, bizim hamımızı böyük bəlalardan qorusun.
 
Üzeyir Cəfərov, tanınmış hərbi ekspert

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Türkiyə:” Facebook “da kimlər nələr yazdı? – Rəy

%d bloqqer bunu bəyənir: