Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Kılıçdaroğlunun korteji atəşə tutuldu – 1 ölü, 2 yaralı

CHP lideri Kemal Kılıçdaroğlunun korteji atəşə tutulub.

24saat.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, hazırda partiya lideri təhlükəsizlik məqsədi ilə avtomobilində gözləyir. Naməlum şəxslərlə Kılıçdaroğlunun mühafizəçiləri arasında atışmanın hələ də davam etdiyi bildirilir. Hadisə yerinə təcili yardım avtomobilləri çağırılıb.
Qeyd edək ki, Kılıçdaroğlu Artvinə yola düşürdü.
CNN Türk-ə canlı bağlanan K.Kılıçdaroğlu hazırda təhlükəsiz yerdə olduğunu bildirib:
“Hazırda mənimlə bağlı heç bir problem yoxdur. Təhlükəsizlik qüvvələri bizi atışma bölgəsindən çıxardılar. Görünür, atışmanın olduğu bir sahədə xoş olmayan bir tablo yaşadıq”.
Kortejdəki sürücülərdən birinin yaralandığı və hərbi helikopterlə oradan uzaqlaşdırıldığı bildirilir.
Ərdoğan baş verənlərlə bağlı məlumat əldə etmək və keçmiş olsun demək üçün Kılıçdaroğluna zəng edib.

 

Kılıçdaroğlunun korteji atəşə tutuldu -  1 ölü, 2 yaralı
Kılıçdaroğlunun korteji atəşə tutuldu -  1 ölü, 2 yaralı
Kılıçdaroğlunun korteji atəşə tutuldu -  1 ölü, 2 yaralı
Kılıçdaroğlunun korteji atəşə tutuldu -  1 ölü, 2 yaralı

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Rusiyanın 10 ən zəngin ailəsinin siyahısı açıqlandı

%d bloqqer bunu bəyənir: