Loading...
Loading...
bina

Kiçik obyekt və avtomobillərə maraq daha çoxdur

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaknın özəlləşdirilməsi üzrə bu gün növbəti hərrac keçirib.

Bizimyol.info komitənin məlumatına istinadla xəbər verir ki, bu dəfəki hərracda ümumilikdə 31 dövlət əmlakı özəlləşdirilib.

Satılmış əmlakların 3-ü səhmdar cəmiyyəti, 16-sı kiçik dövlət müəssisə və obyekti, 3-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsi olub.

Satışa çıxarılmış əmlak üzrə hərrac qaydalarına əsasən iddiaçılardan ən yüksək qiyməti təklif edənlər hərracın qalibi elan olunub. Hərracda özəlləşdirilmiş 3 iri dövlət müəssisəsindən “SAM” ASC cəmiyyəti sənaye, “İsmayıllı Kəndkimya” ASC aqrar, “Zaqatala Avtonəqliyyat” ASC isə nəqliyyat sahəsinə aiddir. Regionlarda yerləşən belə dövlət əmlaklarının özəlləşdirilməsi bu müəssisələrə irihəcmli investisiya qoyuluşlarına yol açmış olur. Bu cür müəssisələrin istehsal fəaliyyətinin bərpası və gələcəkdə yeni iş yerlərinin yaradılması son nəticədə regionların iqtisadi potensialının güclənməsinə imkan yaradır. Təbii ki, əgər müəssisələrə sərmayə yatırıb, işlətsələr.

Hərracda satılmış kiçik dövlət müəssisə və obyektlərindən 6-sı paytaxtda, 2-si Sumqayıt şəhərində, 3-ü Şəmkirdə, 2-si Gədəbəydə, 1-i Xaçmazda və 2-si Gəncə şəhərində yerləşir. Bu əmlakların 9-u ticarət obyekti olub, qalanları xidmət və ictimai iaşə sahəsinə aiddir. Özəlləşdirilmiş 3 istifadəsiz qeyri-yaşayış sahəsi Bakı şəhərində yerləşir. Komitədən qeyd edilir ki, özəlləşmiş hər bir kiçik dövlət əmlakı kiçik sahibkarlığın qurulması və biznesin inkişafı üçün əlverişli daşınmaz əmlaklardır. Hərracda belə əmlakın sahibi olan fiziki və ya hüquqi şəxs kiçik investisiya ilə yeni biznes fəaliyyətinə başlaya və özəlləşdirdiyi əmlakı digər formalarda gəlir mənbəyinə çevirə bilər.

Xatırladaq ki, növbəti belə hərrac noyabrın 1-də keçiriləcək və həmin vaxt 101 dövlət əmlakı satışa çıxarılıb. Hərraclarda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayət edir. Hərracda iştirak edən, lakin qalib olmayan sifarişçi hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edərək ödənilmiş behi geri ala bilər. Hərrac prosedurları barədə istnilən məlumatı 193 və (012) 566 07 44 nömrəli çağrı mərkəzlərində almaq mümkündür. Yaxın gələcəkdə “onlayn hərrac”ların tətbiqi xarici investorlara dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçiriləcək hərraclarda internet üzərindən onlayn rejimdə iştirak etməyə imkan verəcək.

Xatırladaq ki, qabaqcadan elan olunduğuna görə, bu hərraca 84 dövlət əmlakı çıxarılmalı idi. Onlardan yalnız 31-i satılıb. Satışa təklif olunan əmlaklardan 26-sı səhmdar cəmiyyəti, 36-sı kiçik dövlət müəssisə və obyekti, 22-si isə nəqliyyat vasitəsi idi. Göründüyü kimi maraq yenə kiçik obyektlər və nəqliyyat vasitələrinədir. Hərraca təklif olunan səhmdar cəmiyyətlərinin 11, kiçik obyektlərin 53, avtomobillərin də 41 faizi satılıb

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

FES faizləri artıracaqmı?

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: