Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Kerry təbrikində ifadə azadlığına da toxunur

ABŞ Dövlət katibi John Kerry, Prezident Barack Obama və Amerika xalqı adından Azərbaycan xalqını 28 may – Respublika günü münasibətilə təbrik edib.

“25 ildən artıqdır ölkələrimiz Avropada və onun hüdudlarından kənarda təhlükəsizlik və tərəqqi uğrunda birlikdə işləyir. Birləşmiş Ştatlar iqtisadi imkanların artırılmasını, ifadə azadlığı və siyasi iştiraklılığın təşviqini, eləcə də bütün Azərbaycan vətəndaşları üçün dinc və sabit gələcəyin təmin olunmasını güclü şəkildə dəstəkləyir”, təbrikdə deyilir.

O da qeyd olunur ki, Azərbaycan Avropa bazarlarının enerji ilə təminatında mühüm rol oynayır və ABŞ Azərbaycanın regionda enerji şaxələndirilməsinin genişləndirilməsi istiqamətindəki səylərini tam dəstəkləyir.

“ABŞ hökuməti zorakı ekstremizmlə mübarizədə tərəfdaşlığımızı və transmilli məsələlərdə sıx əməkdaşlığımızı dəyərləndirir. Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstəkləməyə sadiq qalır”, John Kerry yazır.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

TAP üçün ilk borular Yunanıstana gətirilib

%d bloqqer bunu bəyənir: