Now Reading:
Kerri Lavrova zəng elədi – YENƏ SURİYA VƏ UKRAYNAYA GÖRƏ
Full Article 40 second read

Kerri Lavrova zəng elədi – YENƏ SURİYA VƏ UKRAYNAYA GÖRƏ



Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri telefonla Suriyada münaqişənin nizama salınması yollarını müzakirə ediblər.

Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, danışıq Amerika tərəfinin təşəbbüsü ilə olub.

“İki ölkənin rəsmiləri BMT Təhlükəsizlik Şurasının Suriyada danışıqlara ilkin şərtsiz başlamaq tələbi də daxil olmaqla, münaqişənin nizama salınması yollarının müzakirəsini davam etdirib. Həmçinin Hələbin qanunsuz silahlı qruplaşmaların olduğu şərq hissəsində vəziyyətin normallaşdırılması məsələsi müzakirə edilib”, – deyə nazirliyin məlumatında qeyd olunur.

Danışıqlarda eləcə də başqa aktual beynəlxalq məsələlər, o cümlədən Yəməndə, Ukraynada mövcud durum, yaxın Şərqdə vəziyyətin nizama salınması da diqqət mərkəzində olub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: