Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Kerri: Hələb xəstəxanası müxalifətin nəzarətində olan ərazidən atəşə tutulub

Bu gün Hələbdəki xəstəxana müxalifətin nəzarəti altında olan ərazilərdən raket atəşinə tutulub.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri jurnalistlərə açıqlamasında bildirib. “Hələb ətrafında olan rayonlar — İdlib, Latakiya, daha çox zorakılıq ilə üzləşiv…bura əl-Dabid xəstəxanasına bugünkü hücum da daxildir”, — deyə Kerri vurğulayıb. “Xəstəxanaya bugünkü hücum — bu, güman ki, müxalifətin tutduğu rayonlardan atılan raketlərdir və biz bunun onlardan (müxalifət qüvvələri) məhz hansının olduğunu dəqiqliyi ilə aydınlaşdırmağa çalışırıq.

Mülki şəxslərə, tibbi obyektlərə və ya “təcili yardım”a yönəlmiş bu dəhşətli zorakılığa, bunu kimin törətməsindən asılı olmayaraq bəraət yoxdur”, — deyə Kerri bildirib.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

ABŞ immiqrasiya mərkəzində 1 rus ölüb

%d bloqqer bunu bəyənir: