Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Kerri Dağlıq Qarabağ üzrə görüşdə iştirak edəcək” – ABŞ Dövlət Departamenti

ABŞ-ın dövlət katibi Con Kerri dünya turu çərçivəsində Vyanaya səfər edəcək.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.

Onun sözlərinə görə, C.Kerri Avstriyanın paytaxtına səfəri zamanı Dağlıq Qarabağ üzrə görüşdə iştirak edəcək: “”Dövlət katibi Rusiya və Fransa nümayəndələri ilə birgə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşdə iştirak edəcək”.

C.Kerri Vyanada həmçinin Liviya üzrə görüşdə və Suriyaya dəstək qrupunun iclasında iştirak edəcək.
APA.az

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Tərtərin ermənilər tərəfindən atəşə tutulması davam edir – İcra başçısı

%d bloqqer bunu bəyənir: