Loading...
Loading...

Kərəm Həsənovun aldığı mülklərin siyahısı

Kərəm Həsənovun ölkənin az qala yarısını özəlləşdirdiyi iddia olunur

Siyahıda onlarla zavod, fabrik, torpaq sahələrinin adları var

kerem_hesenov

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun əmlaklarının ilkin siyahısı yayılıb. Bu barədə miq.az saytı məlumat yayıb. Sayt sual edir ki, “Şəffaflığın artırılması vəkorrupsiyaya qarşı mübarizə üzrəMilli Strategiya”nın təsdiq edilməsi barədə Tədbirlər Planı mövzusunda rüblük, yarımillik, illik hesabatlarda, kollegiya iclaslarında odlu-alovlu danışan Kərəm Həsənov görəsən DƏN-ə işə qəbul olunandan sonra aldığı saysız-hesabsız mənzilləri, torpaq sahələrini, obyektləri hansı vəsaitlə əldə edib?

K.Həsənov həmyerlisi, ona karyerada qalxmağa kömək etmiş F.Əliyevdən fərqli olaraq, Bakı şəhərinin mərkəzindən uzaq, şəhər ətrafında yerləşən, gözə çarpmayan müəssisə və obyektləri ələ keçirməyə daha çox üstünlük verir. Ona birbaşa və dolayısı ilə məxsus olan torpaq və qeyri yaşayış sahələrinin tam olmayan siyahısını oxuculara təqdim edirik:

1.Xəzər rayonu Şüvalan qəsəbəsi, A.Ildırım küçəsi 39 ünvanındakı rayon maliyyəşöbəsinin köhnə 2 mərtəbəli binası. Tikilialtı sahəsi 600 kv.m, torpaq sahəsi 1156 kv.m.

2.Xəzər rayonu Şüvalan qəsəbəsi, Şimal DRES-in uşaq bağçası. Tikilialtı sahə 800 kv.m, torpaq sahəsi 3000 kv.m.

3.Suraxanı rayonu Hövsan qəsəbəsi, Yardımçı təsərrüfat. Tikilialtı sahə 1300 kv.m, torpaq sahəsi 47000 kv.m.

4. Xəzər rayonu Mərdəkan qəsəbəsi, Dəniz yolu. Məmmədov Umudəli Ramazan oğlunun adına rəsmiləşdirilib .Tikilialtı sahə 220 kv.m, torpaq sahəsi 8400 kv.m.

5. Suraxanı rayonu Əmircan qəsəbəsi, E.Həsənov küçəsi 42 ünvandakı qeyri-yaşayış sahəsi. Tikilialtı sahə 150 kv.m, torpaq sahəsi 1300 kv.m. Binnətov Zəbullanın adına rəsmiləşdirilib.

6. Xəzər rayonu Şüvalan qəsəbəsinin cənub?şərq hissəsində Maşınqayırma Pansionatının yarımçıq tikilisi. Tikilialtı sahə 600 kv.m, torpaq sahəsi 127022 kv.m. Rəsmiləşdirilib Davudov Yusif Abdulhəmid oğlunun adına.

7. Xəzər rayonu Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan qeyri ?yaşayış sahəsi. Tikilialtı sahə 120 kv.m, torpaq sahəsi 9000 kv.m. Bayramova Xalidə Nuru qızının adına rəsmiləşdirilib.

8. Sabunçu rayonu Sabunçu qəsəbəsi, I.Aslanov küçəsi, 3 ünvanda qeyri-yaşayış sahəsi. Tikilialtı sahə 1200 kv.m, torpaq sahəsi 23500 kv.m. Mustafayev Azad Niyazi oğlunun adına rəsmiləşdirilib.

9. Xəzər rayonu Gürqan qəsəbəsi, Dənizkənarı tikili. Tikilialtı sahə 550 kv.m, torpaq sahəsi 50000 kv.m.

10. Xəzər rayonu Şüvalan qəsəbəsi, A.Ildırım küçəsi “Aqro” kooperativinin və Su doldurma məntəqəsinin yanında. Tikilialtı sahə 2000 kv.m, torpaq sahəsi 58000 kv.m.

11. Xəzər rayonu Buzovna yolu, Mərdəkandan Buzovnaya gedəndə sol tərəfdə SMD-26-nın əmlakı və torpaq sahəsi.

12.Vişnevka dəmir yolunun yanı, Yardımçı təsərrüfat, idman sağlamlıq mərkəzi.

13. Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1 a keçmiş Keyfiyyət Evi. Tikilialtı 960 kv.m, torpaq sahəsi 3000 kv.m. Ismayılov Ramazan Islam oğlunun adına rəsmiləşdirilib.

14. Xəzər rayonu Şüvalan qəsəbəsi, bağlara gedən təzə yolun üstündə. Tikilialtı sahə vətorpaq sahəsi 5000 kv.m. Donuzçuluq və heyvandarlıq yardımçı təsərrüfatı.

15. Xətai Mexanizasiya ASC-nin nəzarət səhm zərfi.

16. Bəhrəmtəpə Qum-Çınqıl ASC-nin nəzarət səhm zərfi.

17. Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən Bakı şəhər yol polisinin keçmişərazisi.

18. H.Zərdabi küçəsində Ticarət Nazirliyinin keçmiş qaracının yerində hündür mərtəbəli binaya şərikliyi (Papanin körpüsünün yanı.)

19. H.Ələskərov küçəsi 6-12 ünvanında hündür mərtəbəli binaya şərikliyi.

20. Nizami rayonu 8-ci km bazarı.

21Kənar şəxslərin adına rəsmiləşdirilən Nərimanov və Səbail rayonundakı villa vəmənzillər. H.Hacıyev küçəsindəki 2 mənzili, Qubada, Şamaxıda, Qəbələdəki villaları, Bigəhdəki bağ evi və s.

24saat.org

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İlqar Abbasov digər icra başçılarını da pis vəziyyətdə qoydu

Loading...
%d bloqqer bunu bəyənir: