Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Keçmiş səfirimizlə bağlı evlilik xəbəri yalan imiş…

Azərbaycanın Ukraynadakı keçmiş səfiri, hazırkı diaspor rəhbəri Tələt Əliyev 25 yaşlı ukraynalı keçmiş model ilə evlənməsi barədə ilk dəfəModerator.az-da yazı getmişdi.

Üstündən iki gün keçəndən sonra həmin məlumatı ölkənin digər saytlarına da göndərdilər və musavat.com, qafqazinfo.az saytları da həmin xəbəri öz səhifələrində tirajladılar.
Xəbərdə bildirilirdi ki, 63 yaşlı T. Əliyev artıq rəsmi tədbirlərə Alyona Solyanik adlı gənc xanımı ilə qatılır və bu da oradakı azərbaycanlılar tərəfindən birmənalı qarşılanmır. Vurğulanırdı ki, xeyli sayda övladı və nəvələri olmasına baxmayaraq gənc ukraynalı xanımla yaşayan T. Əliyev isə bu reaksiyalara əhəmiyyət vermir və həyatından məmnun qaldığını bildirib.
Amma Tələt Əliyevin yaxın dostları və qohumları bir neçə dəfə saytımızla əlaqə saxlayaraq saytlara Ukraynadakı mənbələrdən ötürülən həmin xəbərin qərəzli və dezinformasiya, nüfuzlu diaspor fəaliyyəti ilə məşğul olan keçmiş səfirə qarşı aparılan “qara piar” kampaniyasının tərkib hissəsi olduğunu bildirdilər.
Qeyd edək ki, T. Əliyev 2001-2010-cu illərdə Azərbaycanın Ukraynada səfiri olub. O, buna qədər Ukrayna Azərbaycanlıları konqresinin sədri olub, hazırda isə bu ölkədə azərbaycanlı ağsaqqallar birliyinə rəhbərlik edir, aktiv diaspora rəhbəridir.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Akif Çovdarov həkim nəzarətində saxlanılır

%d bloqqer bunu bəyənir: