Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Keçmiş səfir haqda – Şok iddialar

Bir müddət öncə fəaliyyət müddətini başa vuran səfir İsmayıl Alper Coşqunun Türkiyə səfirliyində çalışan Azərbaycan və Türkiyə vətəndaşları arasında fərq qoyması barədə xəbər öz təsdiqini tapıb.

Verilən  xəbərdə İsmayıl Alper Coşqunun səfir kimi fəaliyyətə başladığı dönəmdən işçilərə münasibətdə və inzibati məsələlərdə ciddi dönüşlər yaratdığı, azərbaycanlı heyətə layiq olmadıqları münasibəti sərgilədiyi qeyd olunurdu. Türkiyənin Bakıdakı səfirliyində çalışan şəxslərin dediyiniə görə, İsmayıl Alper Coşqun onlara səfirliyə gələn kənar şəxs kimi yanaşıb. Türkiyə vətəndaşlarından fərqli olaraq, səfirlikdə çalışan azərbaycanlılar hər dəfə işə gələrkən qapıda ciddi yoxlamalara məruz qalıb. İclaslarda azərbaycanlı işçilərin fəaliyyətində hər zaman qüsur axtaran səfir ötən illər ərzində onlarla bürokrat kimi davranıb.

Səfirlikdə uzun illərdən bəri çalışan azərbaycanlılar yeni qaydaları çətinliklə də olsa həzm edə biliblər.  Türkiyə və Azərbaycan vətəndaşları olan səfirlik işçisinin eyni vaxtda hansısa bir tədbirdən səfirliyə dönən zaman birinin sərbəst keçişini, digərinin isə qapıda dəqiqələrlə ləngidilməsini təsəvvür etmək oradakı mənzərəni ortaya qoyur.

Odur ki, daha öncə çalışan səfirlərin getməsinə  üzülən azərbaycanlılar İsmayıl Alperin gedişini sevinclə qarşılayıblar.

Araşdırmalar nəticəsində bəlli olub ki, İsmayıl Alper Coşqun təkcə Türkiyə səfirliyində çalışan Azərbaycan vətəndaşlarına deyil, bütövlükdə azərbaycanlılara yuxarıdan aşağı baxıb. Hər zaman Türkiyə səfirlərindən və səfirlikdə çalışan diplomatlardan sayğı və ehtiram görən azərbaycanlılar öncə səfirin yeni gəldiyini və müəyyən müddətdən sonra hər şeyin öz axarına düşəcəyini düşünüblər. Lakin gözləntilər özünü doğrultmayıb. İsmayıl Alper Coşqunun bu yanaşması türk diplomatlarının da narazılığına səbəb olub. Türkiyə səfirinin azərbaycanlılara Amerikalı ədası ilə yanaşması səfirlikdəki atmosferə də təsir göstərib.

Məlumata görə, İsmayıl Alper Çoşqunun fəaliyyəti dövründə diplomatik nümayəndəliyin əsas yükü Səfirliyin müşaviri xanım Meral Barlasın çiyinlərində olub.

Səfirlikdə çalışanlar yeni səfirin gəlişini səbirsizliklə gözləyir və hər şeyin əvvəlki axarına qayıdacağını düşünürlər.(elchi.az)

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Separatçıların Moskva qurulatyı – Dünya üçün “BEŞİNCİ KALON”

%d bloqqer bunu bəyənir: