Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Keçmiş məmurun girovluqdakı oğlu 3 mln. dollar qarşılığında buraxıldı

“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun Ukraynada naməlum şəxslər tərəfindən girov götürülmüş oğlu Araz Məmmədov nəhayət azadlığa buraxılıb.

 

Bu barədə Modern.az saytına Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporundan məlumat verilib. Məlumata görə, 3-4 aydır girovluqdda saxlanılan Şevçenko adına Kiyev Dövlət Universitetinin tələbəsi Araz Məmmədovu bu günlərdə azad ediblər.

Onun girovluqdan azad edilməsi müqabilində oğrulara 3 milyon dollar ödənildiyi vurğulanır.

Xatırladaq ki, “Aztelekom”» MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov ötən ilin noyabrında həbs olunub. M.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Baş direktorla birlikdə “Aztelekom”un daha bir neçə vəzifəli şəxsi də saxlanılıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Qorxmaz Hüseynovun idarəsi göyçaylıları aldadır – Fırıldaq

%d bloqqer bunu bəyənir: