Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
103577

Keçmiş məhkumlardan ibarət dəstə zərərsizləşdirildi

Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-dən 26-dək olan müddətdə paytaxt sakinləri olan 5 nəfərə məxsus evlərdən pul və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuşlar Rəşid Eminov, Naxçıvan şəhər sakini Orxan Nağıyev, Qazax rayon sakini Nazir İsmayılov və Bakı şəhər sakini Heydər Bayramov tutulublar.

Moderator.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, R.Eminovdan 8,381 qram, O.Nağıyevdən 8,164 qram, N.İsmayılovdan isə 10,985 qram tiryək götürülüb.

Onların oktyabrın 28-də Bakı şəhər sakini Əjdər Əliyevin evindən geyim və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

N.İsmayılovun ətrafında aparılmış tədbirlərlə onun Ağcabədi rayon sakini Nadir Musayevə məxsus evdən 2000 manat pul və qızıl əşyalar oğurlaması, habelə O.Nağıyev və H.Bayramovla birgə Qazax rayon sakini Zülfüqar Həşimovun pulunu və 2 ədəd mobil telefonunu quldurluq yolu ilə alması da müəyyən olunub.

24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

Bakıda kişi keçmiş arvadının üstünə benzin tökərək yandırıb

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: