Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Keçmiş döyüşçüdən Türkiyəyə MÜRACİƏT: “Yanınızdayıq”

“Qardaş Türkiyədəki hər hansı bir qarışıqlıq, çaxnaşma və təxribat biz döyüşçülərin ürəyini ağrıdır, göynədir. Bu çevriliş cəhdini də qətiyyətlə pisləyirik.

 

Müharibədə iştirak etmiş bir şəxs kimi Türkiyənin yanındayıq”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri, Füzuli Rzaquliyev deyib.

 

O  bildirib ki, əsl əsgərin, hərbçinin vəzifəsi xarici işğalçılara qarşı silah qaldırmaqdır:

 

“Demək istəyirəm ki, əsl hərbçinin, əsgərin əsas vəzifə borcu xarici işğalçı düşmənlərə qarşı dövlətçiliyi, milli maraqları qorumaq və lazım olsa bu müqəddəs amallar uğrunda şəhid olmaqdır.

 

İndi Türkiyədə hansı siyasi oyunlar gedirsə, bəlkə də biz bunun tam pərdə arxasını bilmirik. Amma yenə də Allah Türkiyəni qorusun”.

 

O, Türkiyənin problemləri bizim dərdimizdir:

“Türkiyə nə qədər güclü olsa, Azərbaycan da o qədər güclü olar. Biz iki qardaş və dost ölkələrik.

 

Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, biz bir millət iki dövlətik”.

Füzuli Rzaquliyev bildirib ki, Türkiyədə hərbi qiyam zamanı şəhid olanlara görə çox üzülürlər:

 

“Biz keçmiş döyüşçülər olaraq bu silahlı qiyamı, təxribatı qəti şəkildə pisləyirik. Türkiyədəki şəhid qardaşlarımıza görə qəlbimiz çox göynəyir. Çünki türk əsgəri ən azı PKK, İŞİD-ə qarşı döyüşlərdə şəhid olmalı idilər.

O, şəhidlər qədim türk torpaqlarında canlarını tapşırsa idilər daha yaxı olardı. Allah Türkiyədəki şəhidlərin hər birinə rəhmət eləsin. Bu da balaca iş deyil, böyük şəhidlik zirvəsidir.

 

Çünki həmin 15 iyul gecəsində Türkiyədə şəhid olmasa idi bəlkə də bu gün Türkiyə başqa cür olardı. Ona görə də mən bir o şəhidlərə görə çox üzülürəm və eyni zamanda qürur duyuram”.

 

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Türkiyədə Baş Nazirlik Aparatının 257 əməkdaşı işdən ÇIXARILDI

%d bloqqer bunu bəyənir: