Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
kecel

Keçəlləşməni müalicə edən dərman tapılıb

LiveScience xəbər verir ki, Braziliyada ümumi alopesiyadan (keçəlləşmə) əziyyət çəkən 2 xəstəyə revmatoid artritin müalicəsində istifadə olunan “tofasitinib” adlı dərman kömək edib.

24saat.org saglamolun.az-a istinadən bildirir ki, Braziliyanın Albert Eynşteyn adına xəstəxanasının tədqiqatçıları bu haqda məqalə dərc ediblər.

Ümumi alopesiya zamanı bədəndə olan bütün tüklər tədricən tökülür. Xəstəlik insanın sağlamlığı və həyatı üçün təhlükə yaratmasa da ciddi psixoloji problemlərə, depressiyaya səbəb olur.

Eksperiment zamanı xəstələr hər gün tofasitinib qəbul edirdilər. 2 aydan sonra tük örtüyü bərpa olunmağa başladı. Alimlərin müşahidələrinə görə, 9 ay ərzində xəstələrdə heç bir yanaşı təsirlər inkişaf etməyib.

Araşdırmalar davam edir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

BÜRCLƏR – 17 Noyabr

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: