Keçən il işdən çıxarılan yol polisinə vəzifə verildi

Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin keçmiş rəisi, polkovnik-leytenant Zaur Cəfərov yeni vəzifəyə təyin edilib.

Avtosfer.azxəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Zaur Cəfərov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində Axtarış şöbəsinin rəisi vəzifəsinə təyin olunub. O, artıq bir həftədir yeni işinin icrasına başlayıb.
Qeyd edək ki, Zaur Cəfərov ötən il daxili işlər nazirinin əmri ilə Səbail rayon DYP-nin rəisi vəzifəsindən azad edilmişdi. Buna səbəb isə araşdırma zamanı onun ilin yarıdan çoxunu xarici ölkələrdə olması faktının üzə çıxması idi.
Zaur Cəfərovun atası da daxili işlər orqanlarında yüksək vəzifə tutub.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

İnternet xidmətləri vergiyə cəlb ediləcək

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: