Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Kaxa Kaladze baş nazir müavini və nazir vəzifələrindən istefa verdi

Gürcüstanda iki nazir istefa verib.

APA-nın məlumatına görə, bunlar baş nazirin müavini, energetika naziri Kaxa Kaladze və kənd təsərrüfatı naziri Otar Daneliyadır.

Hər iki nazir “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından parlament seçkilərində iştirak etmək üçün deputatlığa namizədliyini irəli sürüb. Qanunvericiliyə əsasən, seçkilərə qatılan deputatlığa namizədlər öz vəzifələrindən istefa verməlidir. Gürcüstanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi olan K. Kaladze proporsional siyahı üzrə ikinci yerdədir. Məhz buna görə, o, vəzifəsindən istefa verməlidir.

Partiyanın sədri Giorgi Kvirikaşvili isə həm siyahı üzrə birinci yerdə olduğuna, həm də ölkənin baş naziri olduğuna görə seçkilərdə iştirak edəcək və yeganə vəzifəli şəxs olaraq öz postunu tərk etməyə bilər.

Bu gün axşam “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası özünün seçki proqramını təqdim edəcək.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Azərbaycanlı Ermənistanda müdafiə naziri olur

%d bloqqer bunu bəyənir: