Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Kasıbların son ümidi də puç oldu

İstehlak kreditləri minimum həddə çatdı

Hər gün “qara kağız” alırıq. Statistik rəqəmlər göstərir ki, bütün sahələr “ağ bayraq” qaldırıb. Hansısa sahədə cüzi uğur, ümidverici hərəkətlənmə hiss olunmur. Son məlumat budur ki, istehlak kreditləri 2 illik minimuma enib.

Bu il iyulun 1-nə Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi 6 911,9 mln. manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 972,7 mln. manat və ya 12,3%, ilin əvvəlindən isə 1 471,7 mln. manat və ya 17,6% azalma deməkdir. Ev təsərrüfatlarına kreditlərin ölkə iqtisadiyyatına qoyulan kreditlərdə xüsusi çəkisi əvvəlki ayla müqayisədə 0,6 faiz bəndi azalaraq 37,5% təşkil edib. Cari il iyulun 1-nə olan göstərici 2014-cü il iyulun 1-dən bu yana qeyd alınan ən aşağı göstəricidir.

Bəli, sadə vətəndaşın son ümid yeri olan istehlak kreditləri də yoxa çıxmağa başlayır. Istehlak kreditləri əsasən girovsuz kredit formasıdır və zəruri ehtiyacları bu yolla ödəmək olurdu. Qızına cehiz almaq, oğlunu evləndirmək, övladının təhsil haqqını ödəmək istəyən valideynlər son çıxış yolunu istehlak kreditində görürdülər. Tendensiya isə onu göstərir ki, böhan kredit sistemini də iflic vəziyyətə salıb.

Bu ölkənin vətəndaşı hökumətin acgöz və yaramaz siyasətinin bədəlini ödəməyə məhkum edilib. Vətəndaşa heç bir şans tanınmayıb. Ipoteka kreditlərində 31 faiz azalma müşahidə olunub, 2.5 milyon vətəndaş yüksək faizli kreditlərin əsirinə çevrilib, tələbə pulsuzluqdan təhsilini davam etdirə bilmir, sahibkar münbit şərait tapmır, bank sistemi iflic vəziyyətə düşüb və s.

Və bu qədər geriləmənin qarşısında hökumət də vətəndaşı hədəf seçib. Suyun qarşısını kəsən əjdahanı öldürmək əvəzinə, su axtaran vətəndaşa hücum çəkiblər. Çünki, həmin əcdahanı özləri yetişdirib və bu əjdahaların hesabına milyarderə çevriliblər.

Banklar son bir ayda xarici valyutada saxlanan depozitlər üzrə 367 milyon dollar itkiyə məruz qalıb. Maliyyə təşkilatlarına məxsus depozitlər 168 milyon, qeyri-maliyyə təşkilatlarına məxsus depozitlər 186 milyon, əhaliyə məxsus əmanətlər isə 13 milyon dollar azalıb.

Mərkəzi Bankın həyata keçirdiyi “islahat”ların nəticəsi budur. Nə manata nəzarət edə bildilər, nə normal kredit siyasəti qurdular.

Bir sözlə, istehlak kreditlərini də minimum həddə salmaqla, vətəndaşı maksimum dərəcədə sıxmağa davam edirlər.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Məmurlar ofşorlardakı vəsaitləri niyə Azərbaycana gətirmir?

%d bloqqer bunu bəyənir: