Karimovun qızı onun durumundan yazır


Özbəkistan Prezidenti Islam Karimovun səhhəti barədə ziddiyyətli məlumatların yayıldığı bir məqamda qızı sosial mediada onun barəsində yazıb. Karimovun ikinci qızı Lola Karimova-Tillyaeva avqustun 31-də “Instagram” hesabında ictimaiyyətə “prezidentimizin tezliklə sağalmasından ötrü xoş arzularına və dəstək mesajlarına” görə təşəkkür edib.

Prezident qızı yazır ki, ictimai dəstək “bizə dünyanı verir və əminəm ki, səmimi xoş arzularınız onun sağalmasına kömək edəcək”.

Hökumət avqustun 28-də Karimov-un qansızmayla xəstəxanaya yerləşdirildiyini bildirib, o vaxtdan onun durumu barədə rəsmi açıqlama verilməyib.

“Fergana” xəbər agentliyi avqustun 29-da İslam Kərimovun öldüyünü yazıb.

(azadliq.org)

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Dubay şeyxi iş yerində tapmadığı 9 məmuru işdən qovdu

%d bloqqer bunu bəyənir: