Loading...
Loading...

Kapitan vəfat edib

Aprelin əvvəllərində döyüş əməliyyatları zamanı yaralanan kapitan Nəcməddin Savalanov vəfat edib.

Müdafiə Nazirliyi bildirir ki, həkimlərin səyinə baxmayaraq, N.Savalanov mayın 8-i Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyadan köçüb.

Aprelin 2-dən 5-dək təmas xəttində ağır döyüşlər gedib və hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəsə razılaşıblar. Buna baxmayaraq, hələ də, hər gün atəşkəsin pozulduğu bildirilir.

Mayın 8-də qoşunların təmas xəttindəki atışmada Azərbaycan ordusunun hərbi qulluqçusu Əli Heydərov həlak olub.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

​Ağdaş sakinləri 945 kiloqram at əti satmaq istəyərkən saxlanılıblar FOTO

%d bloqqer bunu bəyənir: