Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Kamran Bağırov Havar Məmmədovu niyə qovub? – İlginc iddia

“Qafqaz” universitetinin yeni rektoru Havar Məmmədov barəsində hər gün yeni xəbər tirajlanır. Medianın diqqət mərkəzində olan Azərbaycan Texniki Universitetinin sabiq rektoru haqda daha bir ilginc məlumat əldə etmişik.

24saat.org-a daxil olan məlumata görə, H.Məmmədov 1974-1984-cü illərdə Azərbaycan Politexnik İnstitutunun “İstehsalat proseslərinin avtomatlaşdırılması və hesablama texnikası” kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışıb.

1983-1984-cü illərdə isə institutun Partiya Komitəsinin katibi olub. 1984-1989-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin “Elm və təhsil müəssisələri” şöbəsində təlimatçı vəzifəsində işləyib.

Bu bioqrafik informasiya maraqsız gələ bilər. Ancaq həmin dövrdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 12-ci birinci katibi Kamran Bağırov olub.

K.Bağırovun təyinatından sonra H.Məmmədov dəridən-qabıqdan çıxıb ki, onun gözünə girə bilsin. PK katibi birinci katiblə görüşməyin mümkün olmadığını görüb başqa yollara əl atmalı olub.

İddiaya görə, H.Məmmədov hər gün K.Bağırovun keçdiyi yolun üstündə dayanıb onu gözləyirmiş. Deyilənə görə, bu yol indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinin qarşısındakı yol olub. Aylarla Bağırovu farağat duruşunda yolan Havar Məmmədovun bu dirənişi bir meddət sonra gündəlik vərdişə çevirilib. Lakin hazırkı rektor nə qədər əsir-yesir olsa da, birinci katiblə görüşü alınmayıb.

Məlumatda bildirilir ki, hər gün H.Məmmədovun yol üstə dayanıb, boynunu büküb gözləməkdən gözünün “kökü saralıb”.

İki aydan çox davam edən bu vəziyyətdən utanan K.Bağırov göstəriş verib ki, onu bir daha qarşısına çıxan görməsin. Bundan sonra H.Məmmədov ərazidən yığışdırıblar və ona  birinci katiblə əl sıxmaq, salamlaşmaq nəsib olmayıb.

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Lənkəranlı deputatlar qırğına çıxdı – Özəl

%d bloqqer bunu bəyənir: