24 saat

Kamran Ağayev Kasilyasa qarşı


Bu gün Portuqaliya çempionatında 6-cı tura start veriləcək Futbol11.az xəbər verir ki, turun açılış matçında “Portu” və “Boavişta” komandaları üz-üzə gələcək.

Sözügedən qarşılaşmada millimizin qapıçısı Kamran Ağayev də “Boavişta”nın heyətində debüt edəcək. Belə ki, artıq onun adı start heyətə daxil edilib. Ağayev meydanda 1 nömrəli forma ilə çıxış edəcək. “Portu”nun qapısını isə İker Kasilyas qoruyacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 22:00-da start götürəcək və “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: