Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
kamran-eliyev

Kamran Əliyev: “Parketmə qaydasını pozan avtomobillərin şəklini adi vətəndaş da çəkə bilər”

Bundan sonra avtomobilinizi mülki şəxslərdən də qorumalı olasız

“Əgər fakt təsdiqini taparsa, sürücü məsuliyyətə cəlb edilə bilər”

Park edilməsi qanunla qadağan edilən yol kənarlarında saxlanılan maşınlara görə DYP əməkdaşlarının sürücülərə müvafiq cərimə yazdığı yeni bir şey deyil. Lakin son vaxtlar park edilməsi yasaq edilən yerlərdə saxlanılan maşınların şəkillərinin həmin ərazilərdə küçə ticarəti və ya xırda ticarətlə məşğul olan adi vətəndaşlar tərəfindən çəkilərək DYP əməkdaşlarına ötürüldüyü ilə bağlı iddialar səslənməkdədir.
Maraqlıdır, sözgüdən avtomobillərin şəkillərinin sadə vətəndaşlar tərəfindən çəkilərək DYP əməkdaşlarına verilməsinə qanun icazə verirmi? Bu cür halda həmin avtomobillərin sürücüləri cərimələnə bilərmi?
24saat.org-a açıqlama verən Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məsələyə aydınlıq gətirib:
“Nəqliyyat vasitəsinin sürücüsü avtomobilin içərisində oturubsa, parketmə qaydasını pozubsa, o halda da onun şəkli çəkilmir. Sadəcə, inspektor tərəfindən həmin sürücüyə protokol tərtib olunur. Vətəndaş parketmə qaydasını pozan avtomobillərin şəkillərini çəkib polis əməkdaşına göstərə bilər. Amma onların həqiqətə uyğun olub-olmaması istənilən halda yoxlanılmalıdır. Əgər fakt doğrudursa, sürücü dəvət olunub onun haqqında müəyyən tədbir görülə bilər. Amma burada montaj, kiminsə kimdənsə xoşunun gəlməməsi, qərəz və s. də ola bilər. Ona görə də bu məsələlərin hamısı araşdırılmalıdr.
Hansısa avtomobil parketməq aydasını pozubsa, vətəndaş öz vətəndaşlıq mövqeyini ortaya qoyub onun şəklini çəkə, polisə məlumat verə bilər. Qaydanı pozduğu iddia edilən şəxsin qaydanı pozması öz təsdiqini taparsa, həmin sürücü məsuliyyətə cəlb oluna bilər”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Stalinlə söz güləşdirən 90 yaşlı Eyyub kişi sağlamlığın sirrini açdı: “Həmişə o araqdan içmişəm”

%d bloqqer bunu bəyənir: