Kadırov Zabit Səmədovun qələbəsindən yazdı – Video


Ötən gün “Əhməd” kikboksinq klubunun rəhbəri, Azərbaycanın K-1 ustası, döyüşçü Zabit Səmədovun WBC Muay Thai versiyası üzrə rumıniyalı döyüşçü Katalin Moroşanunu məğlub edərək çempion adını qazanmasına Çeçenistan lideri Ramzan Kadırov münasibət bildirib.

Axar.az xəbər verir ki, dostu Zabit Səmədovun qələbəsinə sevinən R.Kadırov döyüşün videosunu sosial şəbəkədə bu sözlərlə paylaşıb:

“Əziz qardaşım Zabit Səmədov WBC Muathai versiyası üzrə dünya çempionudur. O, Katalin Moroşanunu nokautla görüşün ikinci dəqiqəsində məğlub etdi. Döyüş Qroznının “Kolizey” İdman Sarayında baş tutdu. Döyüş peşəkar kikboksinq üzrə beynəlxalq turnir çərçivəsində, Çeçenistanın birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd Hacı-Kadırovun 65 illiyinə həsr olunmuşdu. Çeçenistanın “Əhməd” kikboksinq klubunun prezidenti olan Zabit döyüşçülərə çox gözəl örnək göstərdi”.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Suriya Türkiyənin işğalçı hücumunu pislədi

%d bloqqer bunu bəyənir: