Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Kadırov Putinə Nobel mükafatı verilməsini təklif etdi

putin-kadirovVladimir Putinin sərəncamı ilə sentybar ayına qədər Çeçenistan Respublikasının rəhbəri səlahiyyətlərini icra edəcək Ramzan Kadırov bildirib ki, Rusiya prezidentinə Nobel Sülh mükafatı verərdi.

Virtualaz.org qazeta.ru-ya istinadən bildirir ki, R.Kadırov fikrini bu sözlərlə davam etdirib və jurnalistin sualına sualla cavab verib: ““Nobel mükafatı Putinə verilməlidir, başqa kim ona layiqdir ki? Nə Merkel, nə də Obama…”.

Çeçenistan rəhbəri Putinə heyran olduğunu və dünyanın da onunla bu heyranlığı bölüşdüyünü də vurğulayıb: “Dünyanın ən yaxşı politoloqları, alimləri, institutları Putinin düşünülümüş strategiyasına, iti ağlına heç cür çata bilmirlər. O sadəcə orturub hər şeyi həll edən dahidir. Allaha şükür ki, hər şeyi doğru edir”.

Kadırov ABŞ prezidenti Obamanı tənqid etməyi də unutmayıb: “İndi Amerika prezidenti durub deyir ki, Putinin mətbuatı belədir, azadlığı elədir və s. Təsəvvür edin, dünyanın dırnaqarası ən demokratik ölkəsinin ən demokratik prezidenti minlərlə insanı öldürüb Nobel mükafatı alır, sonra isə gəlib demokratiyadan, mətbuatdan danışır. Sadəcə gülməlidir, çox gülməlidir” .

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Səhiyyə naziri əmr imzaladı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: