Kadırov: “Çeçenistan İŞİD-i məhv edə bilər”


“Çeçenistan İŞİD-i məhv etməyə qadirdir”.

APA-nın məlumatına görə, bunu özünün “İnstaqram” səhifəsində Çeçenistan rəhbərinin səlahiyyətlərini icra edən Ramzan Kadırov yazıb.

“Biz İblis dövlətini tamamilə məhv edə bilərik. Əgər kiminsə ağlına Rusiyaya tərəf hərəkət etmək gəlsə, biz onu sərhədimizdən uzaqlarda dayandıracağıq. Bir daha deyirəm ki, biz hətta yuxuda belə Rusiya rəhbərliyi və xalqının ünvanına təhdidlər səsləndirmək fikrində olan şəxslərin yanına gələcəyik”, – deyə o vurğulayıb.

Qeyd edək ki, İŞİD-in “YouTube”da yerləşdirdiyi 9 dəqiqəlik videoda Putinə xəbərdarlıq edilir və müsəlmanlar bu ölkəyə qarşı cihada çağırılır.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

CHP lideri Ərdoğana qarşı məhkəmə iddialarını geri götürdü

%d bloqqer bunu bəyənir: