Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
kadirov

Kadırov Ərdoğana məktubunda nə yazdı?

Çeçenistanın başçısı Ramzan Kadırov bildirib ki, Türkiyədə 3 nəfər çeçen terroristlərinin lideri həbs edilib. O, Ərdoğandan bu şəxslərin Çeçenistana ekstradisiyasinı istəyir. Bu barədə Çeçen hökumətinin saytında yayımlanan Kadırovun Ərdoğana məktubunda yazılıb.

Söhbət Mahran Saidov, Aslanbek Vadalov və Tarxan Qaziyevin tutulmasından gedir. Kadırovun sözlərinə görə, “onların hər biri çoxsaylı terror aktlarını, hərbçilərin, polis əməkdaşlarının, mülki şəxslərin qətlini təşkil edib və həyata keçirib.”

Çeçenistanın başçısı deyib ki, Vadalov 10 polis əməkdaşını və 3 mülki şəxsi öldürüb. O, həmçinin təsdiq edir ki, Qaziyevin Rusiya vitse-prezidenti Valentin Vlasovun oğurlanmasında əli olub. “Saidovun 20-dən çox insanın ölümündə və digər ağır cinayətlərdə əli olub”, – məktubda deyilir.

Türkiyədə həbs edilən Aslanbek Vadalov bu ilin iyun ayında İstanbul aeroportunda həyata keçirilən terror aktından sonra Kadırovun ekstradisiya edilməsini istədiyi şəxslər arasında olub. O zaman bir neçə Türkiyə KİV-i yazırdı ki, terror aktında Çeçenistanda gələn Əhməd Çatayevin əli ola bilər.

Azadliq.info

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Türkiyə KİV-ləri azərbaycanlı zənginlərdən yazdı – FOTOLAR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: