Loading...
Loading...

Kabildə Amerika universitetinə hücum edilib

Əfqanıstanın paytaxtı Kabildə bir qrup yaraqlı Amerika universitetinə hücum edib.

Universitetin həyətindən partlayış və atışma səsləri eşidilib.İlkin məlumatlarda 5 nəfərin yaralandığı və xəstəxanaya götürüldükləri bildirilir.

Daxili İşlər Nazirliyinin sözçüsü Sediq Seddiqi hələlik yaraqlıların sayının bəlli olmadığını deyir.

Təhlükəsizlik qüvvələri həmin rayonu mühasirəyə alıb.

Universitetin tələbələrindən biri AzadlıqRadiosunun əfqan xidmətinə müsahibəsində, partlayış nəticəsində dostunun yaralandığını və yataqxanada yanğın başladığını bildirib.

Qeyd edək ki, iki həftə əvvəl həmin universitetin bir avstraliyalı və bir amerikalı müəllimi naməlum silahlı adamlar tərəfindən oğurlanıb.

Onların yeri hələ də bəlli deyil.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Amma bu cür hücumları ölkədə adətən talibançılar törədir.

Azadlıq.info

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Ərdoğan: “ABŞ Fətullah Güləni ən azı həbs etməlidir”

Loading...
%d bloqqer bunu bəyənir: