Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Kərəm Həsənov Ziya Məmmədovun taleyini yaşaya bilər – ƏLAHİDDƏ ÖZƏLLƏŞMƏDƏ ONA ETİMAD YOXDUR

Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov da nəqliyyat nazirinin taleyini yaşaya bilər.

Artıq bu istiqamətdə ilk addım atılıb. Prezident İlham Əliyev dünən “Dövlət əmlakının özəlləşdirilməsi prosesinjn təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzalayıb. Bu fərman özəlləşdirilmənin yeni  qaydalarla həyata keçirilməsinin əsaslarını müəyyən edib. Bundan sonra Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prezidentin qərarları ilə həyata keçiriləcək. Bu fərmanla faktiki olaraq Kərəm Həsənovun səlahiyyətləri əlindən alınır.

24saat.org saytı bildirir ki, bəzi iddialara görə, bu addımın kökündə Kərəm Həsənovun adının “MTN işi”nə bulaşması dayanır. Qeyd edək ki, mətbuatda Kərəm Həsənovun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun şəbəkəsi ilə işbirliyi barədə sensasion məlumatlar yayılmışdı. Bu məlumatlar nə təkzib, nə də təsdiq olunub. Bildirilir ki, Kərəm Həsənov da bir müddət Ziya Məmmədov kimi portfelsiz məmur olacaq.

Başqa məlumatlarda isə bildirilir ki, bu fərman hakimiyyətin hazırlaşdığı böyük özəlləşmə ilə bağlıdır. Bildirilir ki, maliyyə böhranından çıxmaq üçün hakimiyyə “Azərsu” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərenerji” ASC, «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC kimi iri müəssisələri özəlləşdirməyə çıxarmaq barədə düşünür.

Görünən budur ki, hakimiyyət bu prosesdə isə Kərəm Həsənova etimad göstərməyə ehtiyat edir.

24saat.org

24saat.org
Loading...

Mehman Hüseynov bu dəfə Səlim Müslümovun imarətini çəkdi – VİDEO

Sonrakı Yazı »

“Bakcell” cibimizə necə girir? – ŞOK FAKTLAR

%d bloqqer bunu bəyənir: