Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Kərəm Həsənov və Abdin Fərzəliyevin bina əməliyyatı

Rusiya vətəndaşından ölkə başçısı İlham Əliyevə şok müraciət

Rusiya vətəndaşı, 2-ci qrup əlil Fuad Abbasov Azərbaycanın dövlət başçısı Ilham Əliyevə müraciət edib. Fuad Abbasovun müraciəti əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovla Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyevin qanunsuz əməllərilə bağlıdır. Rusiya vətəndaşı bildirir ki, hər iki məmur ona qarşı qanunsuz hərəkətlərə yol veriblər.

Kərəm Həsənov sakinləri necə aldadıb?

Fuad Abbasov yazır: “Mən uzun müddət Azərbaycanda bir dövlət müəssisəsinə rəhbərlik etmişəm. Sonra Rusiya vətəndaşlığını qəbul etmişəm. Uzun müddətdir ki, xaricdə yaşayıram və korrupsiyadan uzaq olduğum üçün özümü çox xoşbəxt sayıram. Mənimlə birlikdə qızım, iki nəvəm və ataları xarici ölkə vətəndaşıdırlar.

2011-ci ildə qonşuların dediyinə görə Kərəm Həsənovun işçiləri Nərimanov rayonu, Azadlıq prospeekti 146, 148, 150, 152 və 154 saylı binaların sakinlərinə bildiriş veriblər. Həmin bildiriş bu binaların sökülərək yerində prezident üçün iqamətgah tikiləcəyi ilə bağlı olub. Sakinlərə deyilib ki, onlar başqa mənzillərə köçürələcək, yaxud kompensasiya ilə təmin olunacaqlar. Lakin kompensasiya məsələsində sakinlər anlaşa bilməyiblər. Bundan sonra Kərəm Həsənov Nərimanovun icra başçısı Abdin Fərzəliyevlə danışıqlar apararaq işi onunla görür. Nərimanovun icra başçısı da 16 mart 2011-ci il tarixdə binaların sökülməsilə bağlı akt tərtib edilir və 6 aprel 2011-ci il tarixdə Abdin Fərzəliyev söküntü ilə bağlı sərəncam imzalayır. Qeyd edim ki, akt 146, 148, 150 və 152 saylı binalar üçün tərtib edilib. Indi cənab Fərzəliyevdən soruşmaq lazımdır ki, bəs 154 saylı binanı niyə sökmüsünüz?

Əgər bu büdcəni dağıtmaq üçün edilibsə, o zaman ikiqat cinayət baş verib. Çünki sakinlərin mənzil hüququ da kobud şəkildə pozulub”.

Bina FHN və Bakı meriyasından xəbərsiz sökülüb?

Fuad Abbasov deyir ki, sakinlərin köçürülməsi prosesində onlara seçim imkanı verilməli idi. Lakin buna əməl olunmayıb. Şikayətçinin sözlərinə görə, halbuki sənədlərdə sakinlərə seçim imkanı veriləcəyi qeyd olunub. Fuad Abbasov daha sonra yazır: “Mən sual edirəm: Cənab Abdin Fərzəliyev və Kərəm Həsənov əgər sizlərin 94 yaşlı ananız məcburi köçkün olsaydı və mənim kimi sizin ürəyinizdə də 6 damar əməliyyatı aparılsaydı, beliniz və onurğa sümüyünüz zədəli olub hər gün kəskin ağrılar versəydi, şəkəriniz olsaydı zorla, mənzilinizin dam örtüyündən içəri keçərək ev əşiyalarınızı yararsız hala salıb, qiymətli əşyalarınızı oğrayıb, özünüzü də şəraiti olmayan, kosmetik təmir olmuş mənzilə – özü də 3-cü mərtəbədən 14-ü mərtəbəyə – göndərsəydilər gedərdinizmi? Işi bacarmırsınızsa, etməyin prezidenti aldatmayın.

Bir məqamı da qeyd edim. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin verdiyi 25\26-11076 saylı 01.11.2012-ci il tarixli və 37\41-02282 10.03.2016-cı il tarixli məktubunda aydın şəkildə yazılır ki, Azadlıq prospekti 154 saylı binanın sökülməsindən Agentliyin məlumatı yoxdur. Eyni məzmunlu məktubları Baki şəhər Icra Hakimiyyəti və Dövlət Arxitektura və Şəhərsalma Komitəsinindən də almışıq. Amma sakinlərə məlumat verilmişdi ki, prezidentə saray tikilir. Axırda saray əvəzinə otel tikildi. Cənab Kərəm Həsənova və Abdin Fərzəliyevə sual olunur bu otel kimin üçün tikilib? Nazirlər Kabinetinin maliyyə resursunu niyə mənimsəmisiniz?

Mən və qızımın həmin binada ayrı-ayrılıqda dörd otaqlı mənzilimiz var idi. Niyə biz 5 ildir ki, kirayələrdə qalmalıyıq? Dövlətin ayırdığı pullar mənimsənildiyinə görə bizə mənzil üçün pul çatmayıb. Onda qoy zəhmət çəkib dövlətdən oğradıqları pulla mənzilimizi alsınlar. 5 ildə kirayəyə ödədiyimiz pulları da qaytarsınlar”.

Kərəm Həsənov vətəndaşa mənzil təklif etsə də, köçməyə qoymur

Şikayətçi yazır ki, Kərəm Həsənovun deputat qardaşı Malik Həsənov da işə qarışıb: “Malik Həsənov işə qarışandan sonra qızıma 4 otaqlı mənzilin əvəzinə Zərdabi küçəsində mansar tipli iki otaq və A.Abbaszadə küçəsində yenə mansar tipli iki otaq verdilər. Mənə isə kömək etməyə gücü çatmadı. Yəni, mənə hələ də mənzil verilməyib”.

Fuad Abbasovun sözlərinə görə, ona mənzil əvəzinə 1 kv.metr üçün 1500 manat təklif olunub. Lakin o, bununla razılaşmayıb. Bu halda Kərəm Həsənov məhkəməyə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib.

Fuad Abbasov deyir ki, daha sonra ona mənzil təklif ediblər: “Mənə Səbail rayonu, A.Abbaszadə 17-də yerləşən, ”Azinko” şirkətinə məxsus 126 saylı binanın 4-cü mərtəbəsində mənzil təklif ediblər. Mən də razılaşmışam. Lakin 2 ildir ki, köçə bilmirəm. Çünki məsələ tam həll olunmayıb. Deyirlər, mənzil sənindir, amma məni ora köçürmürlər.

Cənab prezident, ümid edirəm ki, bu müraciətimi diqqətə alıb, problemin həllinə yardımçı olacaqsınız”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Akif Çovdarovun işi məhkəməyə göndərildi

%d bloqqer bunu bəyənir: