Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Kərəm Həsənov məhkəmələri saymır

Komitə sədrinin işçiləri vətəndaşın hüquqlarını necə pozur; ölkə başçısına ilginc şikayət

Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov məhkəmələri saymır. Bu, Sumqayıt sakini Rafael Mirzəyevin ölkə başçısı Ilham Əliyevə müraciətdən aydın olur.

Müraciətin bir surətini də KIV-ə, o cümlədən “Azadlıq” qəzetinə ünvanlayan Rafael Mirzəyev yazır ki, Corat qəsəbəsində bağlar massivində ona məxsus 1.5 sot həyətyanı sahədə ev var: “Evin də, torpaq sahəsinin də sənədləri qaydasındadır. Həm evin, həm də torpaq sahəsinin çıxarışı var. Lakin Ilqar Hüseynov adlı vətəndaş həmin torpaq sahəsinə iddia edir. Bununla bağlı məhkəməyə də müraciət edib”.

Şikayətçi bildirir ki, məhkəmə çəkişməsinə görə 2405 saylıt həmin torpaq sahəsinin üzərinə qadağa qoyulub: “Artıq məhkəmə bitib. Bütün instansiyaları keçmişik və iddiaçı məhkəməni uduzub. Yəni, məhkəmə mənim xeyrimə qərar çıxarıb. Eyni zamanda torpaq sahəsi üzərində olan qadağanın aradan götürülməsi barədə qərar qəbul edib. Amma Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt idarəsi məhkəmə qərarını icra etmir”.

Şikayətçi qurumun məhkəmə qərarını hansı səbəbdən icra etmədiyini bilmir: “Mənə bəlli deyil ki, nə üçün belə edirlər. Amma Sumqayıt şəhər Icra Idarəsinin böyük icra məmurunun quruma qadağanı götürülməsi barədə məktubu var. Bununla belə yenə də adıçəkilən qurum qadağanı götürməyib”.

Rafael Mirzəyev ölkə başçısından bu qanunsuzluğa son qoyulmasını xahiş edir. Onu da qeyd edək ki, şikayətçi həm torpaq sahəsinin, həm evin sənədlərini, həm də məhkəmə qərarlarını, icra məmurunun məlum məktubunu müraciətə əlavə edib.

Qeyd edək ki, bu Kərəm Həsənovun işçilərilə birinci hal deyil. Dəfələrlə redaksiyamıza bu tip qanunsuzluqlar barədə mətbuatda yazılıb. Lakin görünür, vaxtilə Eldar Mahmudovun çətiri altına sığınaraq qanunsuzluqla törədən Kərəm Həsənov köhnə şakərindən əl çəkmək niyyətində deyil.

Sonda bildirək ki, məsələ ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi ilə əlaqə saxlayaraq onların da mövqeyini öyrənməyə çalışdıq. Lakin qurumun mətbuat xidmətinin rəhbəri Qulu Xəlilova dəfələrlə zəng vursaq da, telefonu açmadı.

Mövzunu diqqətdə saxlayacağıq.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

“Azərbaycan Əliyevin şəxsi mülkünə çevrilir”

%d bloqqer bunu bəyənir: