Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Kərəm Həsənov karyerasının sonu çatıb

Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov yaxın vaxtlarda istefaya göndərilə bilər.

24saat.org-a daxil olan məlumata görə, buna səbəb “MTH işi”nin istintaqında Kərəm Həsənovla bağlı da ciddi faktların ortaya çıxmasıdır. İddia olunur ki, Kərəm Həsənov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova məmurlar, onların qohumları və ayrı-ayrı sahibkarların əmlakları barədə məlumatlar ötürüb. Təsadüfi deyil ki, “MTH işi”nin ilk günlərində Kərəm Həsənovun Eldar Mahmudovla işbirliyi barədə məlumatlar yayılmışdı. Əldə etdiyimiz məlumatlara görə, komitə sədri ilə Eldar Mahmudovun yaxınlığı sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsindən sonra başlayıb. O zaman yazılırdı ki, Kərəm Həsənov Fərhad Əliyevlə aralarında ziddiyyət olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun çətiri altına keçib. Lakin sən demə, Kərəm Həsənovun yeni patronu Eldar Mahmudov imiş. Məlumatlara görə, Kərəm Həsənov Eldar Mahmudova o qədər arxayın imiş ki, hətta Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi belə eşitmirmiş.
Məlumatlarda bildirilir ki, prezident İlham Əliyevin İlham Əliyevin mayın 19-da dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı fərman Kərəm Həsənovun “vurulması” prosesinin başlanğıcıdır. Bu fərmanla faktiki olaraq Kərəm Həsənovun səlahiyyətləri əlindən alınıb. Komitə sədri özəlləşdirmə prosesindən kənarda saxlanılıb. Bəzi iddialara görə, Kərəm Həsənova ub etimadsızlığın bir səbəbi özəlləşdirmə sahəsindəki maxinasiyalardırsa, digər səbəbi onun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla işbirliyində olması barədə faktlardır.
Kərəm Həsənovun artıq hakimiyyətdə nüfuzunu itirdiyini sübut edən daha bir fakt kənd təsərrüfatı naziri Heydər Əsədovun bir müddət əvvəl keçirdiyi müşavirədə Cəlilabad rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Rahib Kərimovu sərt şəkildə tənqid etməsidir. Bu barədə məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, Rahib Kərimov Kərəm Həsənovun kadrıdır. Heydər Əsədovun müşavirədə ən sərt tənqidə məruz qoyduğu şəxslərdən biri məhz Rahib Kərimov olub. Hətta bəzi iddialara görə, nazir onu tutduğu vəzifədən azad etməyə hazırlaşır.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

“Referendum və sülhməramlı məsələsi Azərbaycanın yenidən baxmaq istədiyi məsələlərdir”

%d bloqqer bunu bəyənir: