Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Kərəm Həsənov İlham Əliyevi necə aldadıb: özəlləşdirmə maxinasiyaları…

“Özəlləşdirilən obyektlərin təyinatının dəyişdirilməsi yolverilməzdir. Dövlət bu obyektlərin aqibətini daim diqqət mərkəzində saxlamalıdır”


Kerem hesenov“Özəlləşdirməyə çıxarılan obyektlərin sonrakı taleyi ilə maraqlanmaq, bu məsələni daim gündəmdə saxlamaq lazımdır”. Bunu redaksiyamıza açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev bildirib. Onun sözlərinə görə, özəlləşdirilən obyektlərin bəzisinin təyinatı sonradan dəyişdirilir ki, bu da yolverilməzdir:
“Maraqlanmaq lazımdır ki, həmin obyektlərin yerində başqa bir obyektmi tikiləcək, satılacaq, yerində binamı tikiləcək və s. Bu məsələni diqqətdə saxlamaq lazımdır. Özəlləşdirilən obyektin təyinatı dəyişdirilməməlidir və bunun baş verməməsi üçün ona nəzarət etmək lazımdır. Azərbaycanda bununla bağlı çox pis təcrübə mövcuddur. Bundna əvvəlki dövrdə özəlləşdirilən obyektlərin bir çoxunun təyinatı dəyişdirilib. Halbuki, bu, yolverilməzdir. Bu acı təcrübənin davam etdirilməməsi üçün dövlət özəlləşdirilən obyektləri nəzarətdə saxlamalı, onların sonrakı aqibəti ilə mütəmadi surətdə maraqlanmalıdır”.
Maliyyə qurumları bir sıra müəssisələrdə yoxlamalara başlayıb. Yoxlamaların predmeti təzəlikcə özəlləşdirilməyə çıxarılan açıq səhmdar cəmiyyətləridir. Bu barədə Bizimyol.info portalına Əmlak Məsələləri Dövlət Komitəsində məlumat qaynağı olan mənbə verib. Daxil olan bilgiyə görə Prezidentin son sərəncamı ilə həmin ASC-lərdəki vəziyyət ortaya çıxıb, satışa çıxarılan müəssisələrin durumu xeyli diqqət çəkib. Yoxlamaların məqsədi əsasən 70% səhm paketinin vaxtilə satıldığı adamların aşkarlanması, həmin müəssisələrin hazırda müflis duruma salınmasının səbəblərinin araşdırılmasıdır. Hazırda Komitədə böyük gərginlik yaşandığını deyən mənbəmiz bildirir ki, Komitə sədri Kərəm Həsənov da çox narahatdır. Narahatçılıq isə əbəs deyil. Ötən 20 il ərzində ölkədə aparılan özəlləşdirmə prosesi özünü doğrultmadı. Respublikada gedən iki özəlləşdirmə proqramında doqquz milyon əhalinin cəmi 1%-i belə iştirak etməyib. Yəni vur-tut təxminən 10 minə yaxın adam əmək kollektivinə düşən 15%-in 1-2%-ni əldə edib.
Seymur Əliyev

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

İslam Kərimovun xəstəliyi, intriqalar və hakimiyyət oyunları

%d bloqqer bunu bəyənir: