Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
kerem-hesenov-2

Kərəm Həsənov bir gedişə 15 milyonu necə mənimsəyib?

 

Ərəblərlə məxfi razılıq, “yuxarılardan” gizlədilən özfəaliyyət…

Bu günlərdə Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənov və onun reallaşdırdığı iddia olunan bəzi məqamlarla bağlı redaksiyamıza ilginc informasiya daxil olub. 24saat.org-a daxil olan, fəqət təsdiqlənməyən məlumata görə, K.Həsənov bu günə qədər “yuxarılardan” xəbərsiz bir çox maliyyə maxinasiyasına yol verib ki, bunlardan da biri ərəb iş adamları ilə bağlıdır.

Bilgili mənbənin məlumatına görə, K.Həsənov Bakıda Bayıl 7 ünvanında, ANS telekanalının yaxınlığındakı böyük torpaq sahəsini ərəb iş adamlarına satıb. “Yuxarıların” xəbəri olmadan həyata keçirilən bu alqı-satqı K.Həsənova nə az nə çox –  düz 15 milyon dollar məbləğində pul qazandırıb. Hansı ki, bu pul son qəpiyinə qədər komitə sədrinin cibinə gedib.

Mənbənin sözlərinə görə, uzun müddətdir ki, əmlak naziri postunda çalışan K.Həsənovun “yuxarılara” atmaq sahəsində zəngin təcrübəsi və özünəməxsus taktikası mövcuddur. Belə ki, ara-sıra “Bayıl 7 nümunəsi” kimi gizli alqı-satqılar həyata keçirən K.Həsənov, hansısa təsadüf və ya təftiş nəticəsində ifşa edilən zaman maraqlı üsula əl atır.

Komitə sədri əvvəlcədən hazırladığı sənədləri ortaya çıxardaraq bu barədə “yuxarıları” məlumatlandırmaq göstərişi verdiyini, lakin tabeçiliyindəki şəxslərin bunu yerinə yetirmədiyini iddia edir. Öz iddiasını isbatlamaq, sudan quru çıxmaq üçün köməkçilərinin bəzisinə töhmət  elan edən, “dar məqamda” isə ona yaxınlıq baxımından ikinci, üçüncü kateqoriyada qərarlaşan bəzi şəxsləri müvəqqəti olaraq işdən uzaqlaşdıran K.Həsənov, etdiyi bütün qanunsuzluqlara baxmayaraq bu günə qədər də  kreslosunu qoruyub saxlamağı bacarıb.

Bu isə komitə sədrinin kifayət qədər hiyləgər və səriştəli oyunçu olduğunu göstərir.

Gün ərzində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (994-12) 490 24 08 nömrəli əlaqə telefonlarına dəfələrlə zəng vurmağımıza baxmayaraq, komitədən zənglərimizə cavab verilməyib. Bu səbəbdən də, qarşı tərəfin məsələ ilə bağlı istənilən açıqlamasını yaymağa hazır olduğumuzu bildiririk.

24saat.org

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Hakimiyyət FACEBOOK sahibi Zukerberqin adından necə şaiyə yaydı? – TƏFSİLAT

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: