Loading...
Loading...

Kəmaləddin Heydərovun nazirliyində kütləvi ixtisarlar olacaq: idarə və şöbələrdə yoxlamalar başlayıb

Fövqəladə Hallar Nazirliyindən kütləvi ixtisarlar gözlənilir. Bu haqda 24.saat.org-a məlumat etibarlı mənbələrdən daxil olub. Məlumatda qeyd olunub ki, hazırda Fövqəladə Hallar Nazirliyinin əsas aparatında və digər strukturlarında əməkdaşların ixtisarı barədə göstəriş verilib. Lakin bunu birbaşa kütləvi ixtisarlar adı altında aparmamaq üçün fərqli yol seçilib. Bildirilir ki, artıq neçə müddətdir ki, Fövqəladə Hallar Nazirliyinin əsas binasında fəaliyyət göstərən müxtəlif struktur və idarələrdə yoxlamalar həyata keçirilir. Məlumata görə, yoxlamalar haqqında qərarı nazir Kəmaləddin Heydərovun özü verib. Məqsəd nazirliyin müvafiq idarələrinə əl gəzdirmək və əməkdaşların sayını mümkün qədər azaltmaqdır. Məhz bu mədənlə hazırda ciddi yoxlama işləri aparılır. Yoxlama nəticəsində qüsuru ortaya çıxan idarə və şöbələrin əməkdaşlarının müəyyən hissəsi işdən alınır, həmçinin işdə qalanlara xəbərdarlıq edilir. Görünən budur ki, adı çəkilən nazirlik əvvəlki dövrlərini yaşamır. Sirr deyil ki, ölkədə ən varlı nazirlik uzun illər Fövqəladə Hallar Nazirliyi hesab olunurdu. Ancaq son bir ildə baş verən maliyyə böhranı, eləcədə manatın devalvasiyası bu nazirlikdə ciddi problemlər ortaya çıxarıb. Ancaq məlumatlı mənbə onu da qeyd edib ki, əslində FHN-də çoxlu sayda ştatlar açılıb və bura kimlərinsə xahişi əsasında işçilər götürülüb. Bu FHN-nin vəziyyətinin yaxşı dövrlərində olub. İndi isə bütün bunlar nazirliyin özü üçün ağır yük hesab olunur. Odur ki, nazir K. Heydərov belə bir qərar verib.

Mənbə daha təəccüblə bir informasiyanı bizimlə bölüşüb. Qeyd edib ki, FHN sistemində çalsan çoxlu sayda mülkü insanlara aylıq əmək haqqından əlavə zərfdə “hörmət”də edilirmiş. Ancaq neçə müddətdir ki, zərf sistemi də aradan qaldırılıb. Bu isə nazirlik əməkdaşları və bu sistemdə çalışan insanlar arasında ciddi narazılıq yaradıb. Çünki qeyri rəsmi əmək haqqı almadan rəsmi əmək haqqı ilə dolanmağın mümkün olmadığı tədricən ortaya çıxır. Ancaq o məlumatda səsləndirilir ki, əslində FHN sistemində aylıq zərf sistemi tam ləğv edilməyib. Belə ki, kimin yuxarılarda adamı varsa həmin adamlar üçün zərf ödənişi davam edir. Yuxarıda dayısı olmayan əməkdaşlar üçün artıq arzu kimi görünən zərf ödənişi manatın devalvasiyasından az sonra ləğv edilib.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Zakir Fərəcovun diversant qorxusu

%d bloqqer bunu bəyənir: