Loading...
Loading...

Kəmaləddin Heydərovun adamlarının sahibkardan rüşvət tələbi – VİDEOLAR

Göyçay rayon sakini, YAP üzvü, sahibkar Mayılov Çingiz Sabir oğlu üzləşdiyi problemləri ilə bağlı cumhuriyyet.az olaraq bir müddət əvvəl yazı dərc etmişdik. “YAP-çı sahibkar məmurları sıraya düzdü: Kəmaləddin Heydərov, Qorxmaz Hüseynov, Şirzad Abdullayev…” başlıqlı həmin yazımızda sahibkarın videomüraciətini də yerləşdirmişdik.
Oxucularımızda aydınlıq yaransın deyə Ç.Mayılovun cumhuriyyet.az vasitəsilə müraciətinin bir hissəsini yenidən xatırladırıq: “Mən Mayılov Çingiz Sabir oğlu Göyçay rayon sakini, sahibkaram, rayonda çörək zavodu tikmişəm. Bu zavodun tikintisinə 2013-cü ildə başlamışam. Neçə ildir ki, bu tikilini öz şəxsi vəsaitimlə inşa elətdirirəm. Sahibkarlığa kömək milli fondundan heç bir kömək, yardım görməmişəm. Dəfələrlə yardım üçün müraciət etmişəm, müraciətim qəbul olunub, ancaq heç bir maliyyə yardımı olunmayıb. Mən dəfələrlə Şirzad, Mahir müəllimin qəbulunda olmuşam. Mənə deyiblər ki, sənə 1 milyon bir yüz pul yazırıq. Gedib pulu alarsan və zavodu tikib istifadəyə verərsən. Ancaq təəssüf ki, bu işdən bu günə kimi heç bir xəbər yoxdur. Axırıncı dəfə 6-ay bundan öncə yoldaşımın adından müraciət etdim. Yoldaşım qadın sahibkardır. Bizi qəbul edəndə Şirzad müəllim baxdı və məni tanıyaraq dedi. Bu sənsən? Bəsdir də adam nə qədər şikayət edər? Görmürsən ki, büdcədə pul yoxdur? Mən cənab prezidentdən xahiş edirəm ki, mənim bu illər ərzində tikib qurduğum sahibkarlıq obyektlərinin məhv olmasına göz yummasın. Bu obyekt çörək zavodu kimi sənədləşdirilmişdi. Sənədləri də məndə idi. FHN-nin Yevlax-Mingəçevir regional idarələrinin əməkdaşları gəlib bizləri hədələdilər və tikintinin dayandırılmasına qərar verdilər. Məni FHN-nin baş idarəsinə çağırdılar və orada məndən tikintini davam etdirmək üçün 100. 000 min manat rüşvət istədilər. Mən deyilən məbləği vermədim. İki ildir ki, məni get-gələ salıblar, əvvəl 50. 000 min, sonra 30. 000 min manatda dirəşib dayanıblar. Mən məcbur olub obyektin sənədini ev kimi sənədləşdirdim. Bunu hamı bilir ki, bu boyda ev olmaz. Əgər bu zavod fəaliyyətə başlasa burada 100-150 işçi çalışacaq və 7-8 rayonun çörəyə olan tələbatı ödəniləcək. Cənab prezident: Sizdən artıq dərəcədə xahiş edirəm ki, sahibkarlığa dəstək milli fonduna göstəriş verəsiniz ki, mənə bu zavodu tamamlamaq üçün 300. 000 min manat pul versinlər. Həmin məbləğin içərisindən 50. 000 min manatı FHN-nə veriləcək. FHN-nin nümayəndələri bu gün deyə bilərlər ki, onlar məndən pul istəməyiblər. Ancaq məndə bu haqda sübutlar, çəkilişlər var”.
FHN-in yüksək çinli rəsmilərinin sahibkarla  dövlət idarəsində rüşvət söhbətləri , törətdiyi qanunsuzluqlar və tələblərlə bağlı videomateriallar artıq cumhuriyyet.az-a daxil olub və onların bir hissəsini sizə təqdim edirik. İndiki video materialımızda dövlət layihə inistitutunun direktor əvəzi, baş mühəndiz Quliyev Elçin Malim oğlunun iş otağında sahibkarla olan söhbəti təqdim edirik. Bununla yanaşı bildirək ki, bu idarənin və onun rəhbəri E.Quliyevin Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin himayəsi altında fəaliyyət göstərməsi haqda da cumhuriyyet.az-a videolar daxil olub . Həmin video materialda isə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Asiman müəllimin sahibkara konkret “qiymət oxuması” və E.Quliyevlə danışıq tonu əks olunub. Növbəti yazımızda həmin videogörüntüləri təqdim edəcəyik. İndi isə Elçin Quliyevin otağındakı söhbətləri və sahibkarın ölkə rəhbərinə müraciəti sizə təqdim edirik:
Mövzunu diqqətdə saxlayaraq bütün bu məsələlərə növbəti yazılarımızda aydınlıq gətirəcəyik.


 

 

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Biz ciddi şəkildə torpaqlarımızı işğalçı qüvvələrdən azad etməyə hazırlaşmalıyıq” – RASİM MUSABƏYOV

%d bloqqer bunu bəyənir: