Loading...
Loading...

Kəmaləddin Heydərov keçiriləcək referendumda hakimiyyətin qənimi olacaqmı?

Konstitusiyaya dəyişikliklər layihəsinin hakimiyyət daxilində çaşqınlıq yaratdığı barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, bu qəfil layihə komandada müxtəlif mülahizələrə yol açıb. Hökumət təmsilçilərinin ziddiyyətli açıqlamaları, dəyişiklikləri əsasladırmaq üçün arqument qıtlığından əziyyət çəkmələri layihəyə birmənalı münasibətin olmadığını göstərir.

Hökumət kluarlarında belə rəy hakim kəsilib ki, bu layihə yeni siyasi konfiqurasiyanın qurulmasına hesablanıb. Yeni düzəndə isə bəzi qruplara yer olmaya bilər. Hökumətə yaxın bəzi ekspertlər hədəfdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin olduğunu istisna etmir.

Ramiz Mehdiyev REFERENDUMLA yola salınır – İLK HƏDƏF

 Ramiz Mehdiyev hakimiyyət daxilində şərti olaraq “Naxçıvan qruplaşması” adlandırılan qrupun liderlərindən biri kimi tanınır. Bu qrupun başqa bir lideri isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Vaxtaşırı yerli mətbuatda Kəmaləddin Heydərovla Ramiz Mehdiyev arasında ziddiyyətlərin olması barədə məlumatlar dərc olunub. Həmin məlumatlarda iddia edilir ki, ziddiyyətlər “Naxçıvan qruplaşması”nın mütləq hakimi olmaq uğrundadır. Lakin bu iddiaları əsassız hesab edənlər də var. Bu qənaətdə olanların fikrincə, Ramiz Mehdiyev “Naxçıvan qruplaşması”nın siyasi gücüdürsə, Kəmaləddin Heydərov iqtisadi əzəmətidir. Bu halda fövqəladə hallar nazirinin Ramiz Mehdiyevə qarşı olan layihəyə dəstək verəcəyi inandırıcı görünmür. Kəmaləddin Heydərova yaxın olduğu iddia edilən deputatlardan birinin açıqlamaları bu ehtimalı daha da inandırıcı edir. Həmin deputat dəyişikliklər layihəsi barədə ictimaiyyətə məlumat veriləndən sonra bildirmişdi ki, prezident İlham Əliyev təyin olunacaq birinci vitse-prezidentin adını indidən açıqlamalıdır. Onun bu fikri iqtidar daxilində vitse-prezidentlik uğrunda başlanacaq savaşın konturları kimi qiymətləndirildi və belə rəy yarandı ki, bu savaşı ilk olaraq Kəmaləddin Heydərov başlamaq niyyətindədir.

Milli Şura mitinqlərə başlayır – Referendum

 Lakin ekspertlər hesab edir ki, bu, bütövlükdə “Naxçıvan qruplaşması”nın mövqeyi ola bilər. Mümkündür ki, Kəmaləddin Heydərovun da daxil olduğu bu qrup həqiqətən də dəyişikliklər nəticəsində qurulacaq yeni konfiqurasiyadan ciddi narahatdır.

Belə olan halda, Paşayevlərin qorxulu kabusuna çevrilmiş Mehdiyev-Heydərov ittifaqının birləşərək eyni hədəf uğrunda mübarizəyə başlaması daha real görünür. Bu isə qarşıdan gələn və seyrindən məlum olduğu qədəriylə İlham Əliyevin ən qısa müddətdə yekunlaşması üçün can atdığı referendumda Mehdiyev-Heydərov koalisiyasının ciddi maneə törədəcəyinə işarədir.

24saat.org

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Azərbaycanda “gülənçilər”ə qarşı əməliyyat başlayır

Loading...
%d bloqqer bunu bəyənir: