Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Kəmaləddin Heydərov ekstravaqant villasına pulu kəsib – Özəl

Fövqəladə hallar nazirinin Bilgəhdəki möhtəşəm və ekstravaqant villasının tikinti yarımçıq qalıb.

Bu barədə 24saat.org-a verilən məlumata görə, nazir Kəmaləddin Heydərov Bakı kəndində kreativ bir malikanə inşa etdirir.

Sarayın tikintisi ilə bağlı mənimsəmə halları olduğuna görə iş müvəqqəti saxlanıb. İddialara görə, tikinti materiallarının istifadəsində və ayrılan vəsaitin sərfiyyatında yeyintiyə yol verilib. Ona görə yay mövsümünü sonuna yaxın tikinti yarımçıq qalıb.

Məlumata görə, villa kifayət qədər yaradıcı ideyalarla hazırlanır. Belə ki, nazirin imarətinin sahədi 2 hektardan çoxdur.

Massivdə palma ağacları əkilib, müxtəlif bahalı bitkilər gətirilib, iki hovuz inşa edilib. Villanın darvazaları Polşadan sifariş olunub. Hər birinin qiymətinin 25 min manat olduğu deyilir.

Bundan əlavə, K.Heydərov villasında qış nağılı təəssüratı yaradan ayrıca otaq hazırladıb. Otağın dekorasiyası xarici mütəxəssislər tərəfindən verilib.

Deyilənə görə, otağa daxil olarkən insana elə gəlir ki, sanki bayırda qar yağır, müxtəlif çil-çıraqlar yanır. Nazirin bir neçə villası olmasına baxmayaraq Bilgəhdəki cah-cəlallı, dəbdəbəli malikanəsi başqalarında fərqlənir.

Xəbərdə bildirilir ki, yeyinti olmasına görə iş dayanıb və əlavə vəsait ayrılmayıb. Ancaq gözlənilir ki, yaxın vaxtlarda pul verilsin və tikinti davam etdirilsin. Bu iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

24saat.org

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Deputat İqbal Məmmədov kəndlilərin istifadə etdiyi suya qan axıdır – ŞOK GÖRÜNTÜLƏR

%d bloqqer bunu bəyənir: