Advertisements
24 saat

Kərəm Həsənovun səlahiyyəti azaldıldı


Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirmə haqqında qərar qəbul etmə səlahiyyəti əlindən alınıb.

Mayın 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana görə, bundan sonra dövlət əmlakının özəlləşdirilməsi prezidentin qərarları ilə həyata keçiriləcək.

Fərmanda göstərilir ki, Nazirlər Kabineti (NK) «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» yeni qanun layihəsini iki aya hazırlayıb prezidentə təqdim etməlidir. Özəlləşdirilən dövlət əmlakının qiyməti bazar dəyəri əsasında formalaşdırılmalıdır.

ƏMLAK KOMİTƏSİNƏ QADAĞA

Komitə fərman qüvvəyə minənədək özəlləşdirilməsi barədə qərar verilmiş, lakin özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsinə qarışmamalıdır. Üstəlik, özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı prosesindən də kənarda qalmalıdır. Ancaq həmin dövlət əmlakının siyahısını 20 gün müddətində prezidentə təqdim etməlidir.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: