Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Jurnalistlərin mənzillərini qarət edənlər niyə tapılmır: təsadüf, yoxsa qərəz?

 

Arif Əliyev: “Baş verənlər bütövlükdə bu sahədəki vəziyyətdən xəbər verir”

“Əvvəllər jurnalistlərin üzləşdiyi xırda itkilərin əvəzi ödənilirdi, indi bu da yoxdur”

Bu günlrədə 50-yə qədər media nümayəndəsi daxili işlər naziri Ramil Usubova müraciət edərək APA əməkdaşı Mübariz Aslanovun mənzilinin qarət edilməsi, məlum faktın üstündən bəlli bir müddət keçməsinə baxmayaraq cinayətkarların tapılmaması, jurnalistə dəyən zərərin ödənilməməsi ilə bağlı narahatlıqlarını ifadə edib. Son iki ildə 5 jurnalistin mənzilinin qarət edildiyini bildirən media əməkdaşları, əksər hallarda cinayət hadisələrinin üstünün açılmamasını təəssüf hissi ilə diqqətə çatdırıb.

Maraqlıdır, jurnalistlərin mənzillərini qarət edənlərin tapılmaması nə ilə bağlıdır? Bu, sadəcə bir təsadüfdür, yoxsa jurnalistlərə olan arzuedilməz münasibətin təzahüri?

Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev bunun ümumi tendensiyanın tərkib hissəsi olduğunu vurğuladı:

“Bunu ayrıca olaraq jurnalistlərin evləri ilə bağlı bir məsələ kimi götürmək doğru olmaz. Doğrudur, bu müraciətin, orada səslənən fikirlərin əsası var. Lakin qarət halları və bu qarətləri həyata keçirənlərin tapılmaması məlum sahədəki vəziyyətdən xəbər verir. Şəxsən mən və yaxın qohumlarım bir neçə dəfə belə bir halla üzləşib. Yəni jurnalist olub-olmamasından asılı olmayaraq evləri qarət olunub. Sonda məsələ ya tamam başqa cür həll olunub, ya da ümumiyyətlə cinayətin üstü açılmayıb. Yəni bu, ümumi bir problemdir. Əvəllər jurnalistlərlə bağlı kiçik oğurluqlar olanda, məsələn onların kompüterləri oğurlandıqda, onda da bunu törədənlər bir çox hallarda tapılmırdı. Lakin jurnalistlərə bu və ya digər yolla itkilərinin əvəzi ödənilirdi. Amma indi görünür bu praktikadan da əl çəkiblər. Cinayətlərin üstünün açılması ilə bağlı problem isə qalmaqda davam edir”.

 

Seymur Əliyev

 

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Astroloji proqnoz – 28 may

%d bloqqer bunu bəyənir: