Loading...
Loading...

Jurnalistlə icra başçısı arasında “MTN qalmaqalı”

İcra başçısı özünü Mətbuat Şurası vasitəsi ilə təmizə çıxarmağa çalışır?

Kürdəmirin icra başçısı Anaxeber.az saytından Mətbuat Şurasına şikayət edib.
İcra başçısı bildirib ki, saytda Ceyhun Cəfərovun MTN-lə əlaqələrinin olması ilə bağlı yazılar böhtan xarakterlidir.
Bu barədə Anaxeber.az saytının baş redaktoru Azər Talıbov açıqlama yayıb. Açıqlamada deyilir: “Dünən keçmiş MTN-lə və bu qurumun rəhbəri Eldar Mahmudovla əl sıxışmaq üçün çox şeylərindən keçən vəzifə adamlarının bu gün MTN-dən və Eldar Mahmudovdan imtina etmələri təbiidir. Çünki insanın təməl xarakteri belədir. Güclünün yanında olmaq üçün can atar, gücsüzü tapdalayr. Ancaq məsələ orasındadır ki, Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun keçmiş MTN rəhbərliyi ilə əlaqəli olması çoxlarına bəllidir. Çünki Ceyhun müəllim bir zamanlar özünü arxalı və basılmaz biri göstərmək üçün Eldar Mahmudovla olan əlaqələri ilə öyünüb və hər fürsətdə isə bunu qarşsındakı şəxsin gözünə soxmağa çalışıb. Heç kimə sirr deyil ki, Ceyhun Cəfərovun Eldar Mahmudova çıxışını yaxın qohumu, hazırda “MTN işi” ilə bağlı hazırda həbsdə olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov təmin edib. Vidadi Zeynalovun da nəyə görə həbs olunduğu da heç kimə sirr deyil. O Eldar Mahmudovun “çətəsi” ilə əlbir şəkildə dövlətə qarşı cinayətlərdə ittiham olunaraq həbs olunub. Vidadi Zeynalovun xəyanətinin sübutları təbii ki, ona qarşı olan ittiham aktında yer alıb və məhkəmə zalında bu xəyanətlər birər-birər sübutlarla öz əksini tapacaq.
Biz öz tərəfimizdən Ceyhun Cəfərovun Mətbuat Şurasına müraciət edərək öz hüquqlarını qorumaq istəməsini normal qəbul edirik. Və hesab etmirik ki, Ceyhun Cəfərov Vidadi Zeynalova görə cavab verməlidir. Lakin bu o demək deyil ki, Ceyhun Cəfərov həqiqtləri böhtan kimi təqdim edib, Mətbuat Şurası vasitəsi ilə öz yalanlarını həqiqət kimi qələmə versin. Vidadi Zeynalovla bir zamanlar eyniləşən və onun olduğu hər yerdə olan, keçmiş apparat rəhbərinin qurduğu böyük biznes imperiyasında xüsusi payı olan Kürdəmirin icra başçısının indi Vidadi Zeynalovla və Eldar Mahmudovla qanuna zidd əlaqələrindən imtina etməsi və çox adama bəlli olan bu əlaqələri yazdığımıza görə bizi böhtançı adlandırması etik qaydalara sığmır. Təbii ki, Mətbuat Şurası hüquqi qurum deyil və bu üzdən də bizim cənab Ceyhun Cəfərova qarşı ortaya qoyduğumuz faktları yoxlamaq imkanına da sahib deyil. Lakin biz bir mənalı şəkildə bildiririk ki, Ceyhun Cəfərovun keçmiş MTN-lə əlaqələrinin və iş birliynin olması barədə çoxlu sübutlar var və bu sübutlar istənilən halda hüquq-mühafizə orqanları tərəfindən təsbit oluna bilər. Elə ona görə də hesab edirik ki, Ceyhun Cəfərov məhkəməyə deyil, məhz Mətbuat Şurasına müraciət edib. İcra başçısı bununla özünü təmizə çıxarmağın daha asan yolunu tapıb.
Onu da xatırlatmaq istəyirik ki, Ceyhun Cəfərovun oğlunun MTN-nin hərbi hissəsində necə “hərbi qulluq keçməsi” barədə faktlar mövcuddur. Hətta icra başçısının MTN-nin hərbi hissəsində “qulluq” edən oğlunun böyük sürətlə Bakı yollarında avtomobil idarə etməsi, həmçinin insan ölümü ilə nəticələnən qəza törətməsi ilə bağlı faktlar mövcuddur. Çox təəssüf ki, həmin qəza MTN və Vidadi Zeynalov tərəfindən öre-basdır edilməkdədir. Bizdə olan məlumata görə isə hüquq-mühafizə orqanları həmin qəzanı yenidən araşdırmaqdadırlar.
Biz öz tərəfimizdən bəyan edirik ki, keçmiş MTN-çilərin günahlarının şəriklərindən biri olan Kürdəmirin icra başçısı Ceyhün Cəfərovla bağlı araşdırmamızı davam etdirəcəyik və bu araşdırmaların dərc olunmasını əngəlləyən hər bir qurumu ölkədə söz azadlığını boğan bir qurum olaraq görəcəyik”.///Anaxeber.az
Qeyd: Arqument.Az olaraq dəfələrlə Eldar Mahmudov və onun “çetesi”nin qanunsuz əməlləri barədə məlumat vermişik. Ona yaxın olan məmur və media nümayəndələrinin, həmçinin media şəbəkəsinin olduğunu vurğulamışıq. İndiyə qədər yayılan məlumatlarda Eldar Mahmudova yaxın 70-ə qədər media qurumunun olduğu iddia edilib. Amma təəssüflər olsun ki, adı Mahmudov və onun “çete”sinə yaxın olan bu media qurumları ilə bağlı heç bir rəsmi açıqlama verilməyib, həmçinin MTN şəbəkəsinin “şantajçı” ruporu rolunda çıxış edən qurumlarla bağlı hər hansı tədbir görülməyib. Bu da ortaya xeyli şübhəli suallar qoyur. Belə ki, bu media qurumlarının əl dəyişməsi və ya kimlərinsə himayəsində olduğu iddia olunur.
arqument.az

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

Özünüzü bir anlığa Allahın yerinə qoyun…

%d bloqqer bunu bəyənir: